“Qanuni qurd”, yaxud Lotu Quli barəsində HƏR ŞEY: “Tac”a gedən yol, kəsilən başlar, müdafiəyə qalxan gözəllər...


“Qanuni qurd”, yaxud Lotu Quli barəsində HƏR ŞEY: “Tac”a gedən yol, kəsilən başlar, müdafiəyə qalxan gözəllər...

“O, “oğru dünyası”nda ən təhlükəli şəxs hesab edilir. İndi  kölgə biznesindən böyük həcmdə pul qazanır, eyni zamanda ələkeçməzdir, düşmənləri isə bir-birinin ardınca killer gülləsindən ölür".
Cebhe.info xəbər verir ki, bunu Rusiyanın məşhur Lenta.ru saytı azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovla bağlı yazıb. Sayt Lotu Qulinin  "qanuni qurd" kimi təqdim edir və onu “mafiya aləmində ən təhlükəli adam” adlandırır.

Lotu Quli 28 avqust 1972-ci ildə Gürcüstanın Dmanisi rayonunda dünyaya gəlib, ancaq bir müddət sonra ailəsi Bakıya köçüb. Özündən başqa iki kiçik qardaşı var. Ortancıl qardaşı Namik Səlifov da "qanuni oğru"dur.

1995-ci ildə 22 yaşlı Quli Azərbaycanda öz qara işləri ilə kifayət qədər tanınırdı. Onu banditizm, soyğun, insan oğruluğunda ittiham edərək 15 il azadlıqdan məhrum etdilər. 2005-ci ildə isə cinayət işinə yeni epizodlar əlavə edildi və cəza müddəti 27 ilə qədər artırıldı.

Taca gedən yol və şübhəli ölümlər

Quli cəzasını Böyük Şor, Ramana və Buta qəsəbələrindəki cəzaçəkmə müəssisələrində çəkib. Ancaq deyirlər ki, onu ölümdən məhz dəmir barmaqlıqlar arasında olması xilas edib. Əgər azadlıqda olsaydı, 90-cı illərdə sağ qalmaq şansı olduqca az idi. 2000-ci ildə Lotu Quli "taclandırıldı". Status verilməsi prosesi qiyabi keçdi, onun "xaç ataları" isə Raul Kiriya və Ceyran Aslanov oldu. Ancaq hər iki şəxs çox yaşamadı. İlk öncə Aslanov şübhəli şəkildə ürəktutmasından həbsdə öldü. 2 il sonra isə sirrozdan Kiriya öldü.

Həbsxanada Las- Veqas, qumar və gözəllər...

Qulinin həbsxana həyatından çox yazılıb. Öz əlaqələri və pulu sayəsində həbsxanada olduqca komfortlu yaşayıb. "Qobustan həbsxanasını Qulu Las-Veqasa çevirmişdi, kazino təşkil edir, məhbuslarla poker oynayırdı. Quli qadın diqqətindən də məhrum qalmırdı. Onun görüşünə ən gözəl qızlar gətirilirdi, onların arasında  2006-cı il Azərbaycan gözəli də vardı. Səlifov onlarla özü əlaqə saxlayırdı, onun təkcə telefonu yox, həm də internetə çıxışı vardı",- deyə sayt yazır.

Zorlanma ittihamına qarşı “qadın dirənişi”

Amma bütün gizlinlər aşkara çıxır və ona qarşı hətta zorlanma maddəsi ilə cinayət işi də açılır. Məhkəmədə isə gözlənilməyənlər oldu. Qızlar iddiaları puça çıxartdılar və bildirdilər ki, Qulinin görüşünə 500 dollar müqabilində özləri gəliblər. Zorlanma ittihamı "qanuni oğru"nün üzərindən götürüldü.

Həbsxanadan canlı yayım

Saytın yazdığına görə, Quli işlərini həbsxanadan idarə etməkdə problem yaşamırdı. Öz komandasının üzvlərini şəxsən seçir, adamları Peterburqda, Saratovda, Sverdlovskda, Samarada önəmli mövqelər tuturdu.
2014-cü ildə Lotu Quli Moskvadakı 3 bazara nəzarəti ələ ala bilir. Bu, onun öz düşməni “Zayka” ləqəbli Zaur Əliyev üzərində qələbəsi idi, bu şəxs zamanında Qulinin ünvanına bəzi ifadələr işlətmişdi. Quli intiqamını dərhal almadı, əvəzində üstün mövqe tutdu. Qulinin üzünə şans 2014-cü ildə güldü. Başdan-ayağa qədər silahlanan Zayka və 4 mühafizəçisi polisin əlinə düşdü. Qulinin tərəfdarları həbsxanada onun dərsini verdi və hətta Quli bunu həbsxandan Skype vasitəsilə canlı izlədi. 

2015-ci ildə Qulinin həbsdə ola-ola Tolyattidən olan biznesmen Kamal Quliyevin oğurlanmasında ittiham etdilər. Biznesmenə görə 10 milyon avro istəyirdilər. Qohumları bu fantastik məbləği necə toplamaq barədə düşünərkən, gözlənilmədən o, evinə qayıtdı. Məlum oldu ki, onu cinayətkarlardan biri- Teymur Məmmədov azad edib.

Bunun müqabilində isə biznesmenin ona yaxın məbləğ vəd edib. Başqa bir biznesmen Hikmət Salayevin bəxti isə o qədər də gətirmədi. O, 1,2 milyon rubl ödəməli oldu. Onunla söhbətə 50-yə yaxın "dağ adam" gedir və məlum olur ki, onları Lotu Quli göndərib. Söhbət nəticəsində biznesmen əlindəki bütün nağd pulu və hətta 2 avtomobilini verməli olur.

“1 nömrəli mafioz”

Saytın yazdığına görə, Lotu Qulinin özünü “Azərbaycanın birinci mafiozu” hesab etmək üçün hər cür əsası olub. O, kriminal aləmdə az sayda şəxslərdəndir ki, adı Ded Xasan və Taro arasındakı müharibədə hallanmayıb. Bu isə "oğru dünyası"nda avtoriteti artırır. Quliyə isə başqasının rəyi heç lazım da deyildi, o, özünü hamıdan üstün bilir və hətta həmyerlilərinin "taclandırılması"nın onun iştirakı olmadan keçirilməsinə icazə vermirdi.

Müharibə, təlatüm... 

2013-cü ildə Emin Əhmədovla "müharibə”si başladı. Emini kolonda olanda "taclandırmışdılar". Bir neçə gün sonra həbsxanya "malyava" gəldi, Quli Emini "oğru" hesab etmirdi. Həbsxanada təlatüm başladı. Qulini avtoritet kimi qəbul edən bir çox məhkum Eminlə münaqişəyə girdi, Əhmədov öz titulunu möcüzə hesabına qorudu. Bunda ona Piquçun böyük köməyi dəydi. Əhmədov Quliyə qarşı mübarizəyə başladı və hətta koalisiya formalaşdırmaq niyyətinə düşdü. Koalisiya üzvləri Qulini tutuldan məhrum etməyə çalışırdılar, ancaq əbəs yerə...

Lənkəranski-Səlifov düşmənçiliyi: Narkotik, yoxsa pul?

Qulinin növbəti düşməni Əhmədovun qohumu  Rövşən Lənkəranski idi. Onların hər ikisi birinci olmaq üçün yarışırdı. Deyirdilər ki, ikisi arasında ən böyük fikir ayrılığı narkotiklərlə bağlı olub. Lotu Quli narkotikin yayılmasına qarşı çıxırdı, həbsxana və təcridxanalarda narkotik yayılmasına görə Canıyevi günahlandırırdı. 

Amma hər şey deyilənlərdən daha fərqli idi. Mübarizə Rusiya meyvə-tərəvəz bazarları uğrunda gedirdi. Canıyev bu sahədə yeni deyildi, onun ən əzəli rəqibi isə Ded Xasan idi. Ded Xasan bu məsələdə bir qədər ehtiyatlı davransa da, Lotu Quli fərqliydi. O, Canıyevin nəinki bazarlarını, hətta titulunu da əlindən almağa çalışırdı.

2003-cü ildə Canıyev "sxodka" çağıraraq Qulini tutuldan məhrum etdi. Rusiya və Azərbaycan həbsxanalarına bununla bağlı "malyava" göndərildi. Amma “malyava” tam oxunmamış bu dəfə Ded Xasandan "proqon" gəldi. O, Canıyevin Lotu Quli ilə bağlı mövqeyini bölüşmür və Rövşən tərəfindən göndərilən "malyava"nı qüvvədən düşmüş elan edirdi. Ded Xasanın nüfuzu daha yüksək idi və Lotu Quli statusunu qoruyub saxlaya bildi.

Qurban gedən başlar və məzara göndərilən əklil

Çox keçmədən bir çox baş qurban getdi. Bir-birinin ardınca Lotu Quli ilə bağlı Lənkəranskinin mövqeyini bölüşənlər  o biri dünyaya göndərildi - Əli Əliyev, Seymur Abdullayev, Çingiz Axundov, Hikmət Muxtarov. 2012-ci ildə Rusiya və Azərbaycan həbsxanalarına Rövşən Lənkəranskinin tituldan məhrum edildiyini göstərən "malyava” getdi. Müəllif  Lotu Quli idi. 


Bundan sonra mübahislər başladı. Bir qrup “oğru” qərarla razılaşmır, digər qrup Lotu Qulini dəstəkləyirdi. Bu vəziyyət 2016-cı ilin avqustuna, yəni Rövşən Lənkəranski İstanbulda qətlə yetirilənə qədər davam etdi. Onun ölümündə ilk günahlandırılanlardan biri Lotu Quli oldu. Ancaq Lotu Quli vəkili vasitəsilə Cebhe.info saytına bu qətillə heç bir əlaqəsinin olmadığını və hətta Lənkəranskinin məzarına əklil göndərdiyini dedi. 

Qətldən sonrakı hadisələr isə Lotu Qulinin xeyrinə cərəyan etdi. Rövşənin Yekaterinburqdakı meyvə-tərəvəz bazası Qulinin nəzarətinə keçdi.

11 nəfərlik hücum dəstəsi

Canıyevin qardaşı Namiq onun qisasını almaq üçün 11 nəfəri başına topladı. 2018-ci ilin əvvəlində Qulinin İstanbuldakı villasına basqın oldu. Plan belə idi - Qulinin əldən buraxmamaq. Avtomatla silahlanan dəstə özü ilə hətta qumbara da aparmışdı. Amma məqsədə nail olmaq mümkün olmadı. Türkiyə xüsusi xidmət orqanları plandan xəbərdar idi, bir damcı da qan tökülmədən hücumun qarşısı alındı. Hadisə barədə Quliyə məlumat verildi, onun istintaqla əməkdaşlıq edəcəyi gözlənilirdi, çünki istintaqda Lənkəranskinin tərəfdarlarına qarşı  dəlil yox idi. Ancaq Quli istintaqla hər hansı əməkdaşlıqdan imtina etdi, özünə qarşı hansısa hücum gözlənilmədiyini bildirdi. Həmçinin cinayət aləminə xəbər göndərdi ki, saxlanılanlara qarşı hər hansı iddiası yoxdur. Amma çoxları hesab edir ki, bu,
Qulinin xoş məramından yox, gələcək planlarından xəbər verir.

Komanda çat verdi


2017-ci ilin noyabrında Quli Lənkəranskinin tərəfdarı olmuş Əli Heydərovun məsələsi ortaya çıxdı. Quli onu tituldan məhrum etdi. Qərarını isə belə əlaqələndirdi: Türkiyədə Qulinin tərəfdarları ilə qarşıdurmada Əli Heydərov nəinki döyüş meydanından qaçıb, hətta polis maşınında gizlənib. Bu hərəkəti Əli Heydərovun "taclandırılmasına" razılıq verən digər "oğru"ların da ittiham edilməsinə imkan yaratdı.
Bir neçə gün sonra isə başqa bir insident ortaya çıxdı. Bu dəfə Lotu Qulinin Kamal Quliyevin oğurlamasında ittiham etdilər. Quli barəsində Rusiyada qiyabi həbs qərarı verildi və barəsində axtarış elan olundu.  Qulinin öz komandasını topladığı zaman çox diqqətli olmasına baxmayaraq, çatlar yenə vardı. Bu dəfə "boss"a qarşı onun komandasının üzvü olan Teymur Məmmədov ifadə vermişdi. Məmmədova  müdafiə və həbs cəzasının azaldılması vəd olunmuşdu və o razılaşdı...

“Bizə kral lazım deyil”

27 illik həbsdən 22 ildə azad edilən, anası, həyat yoldaşı və uşaqları tərəfindən azadlıqda qarşılanan Lotu Qulinin sərhədləri necə keçməsi də müzakirə edilir. 1995-ci ildə həbs ediləndə onda ancaq SSRİ pasportu vardı. Azərbaycan vətəndaşlığını almamışdı, buna görə də onun Gürcüstana qayıdacağı güman edilirdi. Amma Quli bir anda gözdən itdi və İstanbulda peyda oldu. Hazırda isə Birləşmiş Ərəb Əmirliyində olduğu deyilir.
İndi, Rusiyadan uzaq olsa da, bu ölkənin kriminal aləmi üçün Quli ən birincilərdən sayılır. Hazırda həbsdə olan və "N1" olmağa iddialı Kürd Şakro ilə Lotu Quli arasında münasibət heç vaxt həsəd aparılacaq qədər ideal olmayıb. Amma tərəflər heç vaxt açıq müstəvidə qarşıdurmaya da getməyiblər. Buna baxmayaraq,  Kürd Şakro Lotu Qulinin qardaşı Namik Səlifovun "tacının" geri alınmasına razılıq verib. Quli bu addımı hələlik cavabsız qoyub.
Quli deyir ki, məqsədi heç də "N1" olmaq deyil, ümumilikdə kriminal aləmdə tək liderliyə qarşıdır. Ətrafının dediyinə görə, ən sevimli ifadəsi budur: “Bizə kral lazım deyil".

Xəzər

Tarix: 11-09-2018, 15:06
Xəbəri paylaş





Xəbər lenti