Amerikada Federal Təhqiqat Bürosunun (FBİ) himayəsi altında naməlum yerdə yaşayan məşhur iş adamı Rza Zərrab Nyu-Yorkda ortaya çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, sıx şəkildə təqib edilən Zərrab məşhur "Nobu" restoranında bir qadınla görüntülənib. Zərrab görüntüləndiyini bildikdə tələsik məkanı tərk edib.

Mühafizəçisi olduğu güman edilən iki kişi də onun ardınca restorandan ayrılıb.

Qeyd edək ki, tanınmış iş adamı korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında etibarən ABŞ-da həbsdədir.


Rza Zərrab Nyu-Yorkda ortaya çıxdı - Yad qadınla... - FOTO