Elçibəyi təhqir edənləri məhkəmə gözləyir? - HÜQUQŞÜNAS RƏYİ


Elçibəyi təhqir edənləri məhkəmə gözləyir? - HÜQUQŞÜNAS RƏYİ

Bu günlərdə tanınmış prodüsser, teleaparıcı, “Tolik” ləqəbli Tarix Əliyev Azərbaycanın eks- prezidenti Əbülfəz Elçibəyi sosial şəbəkələrdə təhqir edib. “Eks-prezidentlərin statusu haqqında” Qanuna istinad etsək, Tolik yol verdiyi qanun pozuntusuna görə cəzalandırılmalıdır. Sosial şəbəkə istifadəçiləri, ictimai nüfuzlu şəxslər də Əbülfəz Elçibəyi təhqir etdiyi üçün Tolikin cəzalandırılmasını tələb edir. Tarixçi alim Dilavər Əzimli Tolikin məhkəməyə verilməsini vacib hesab edib.

Maraqlıdır, hüquqi baxımdan Tolikin cəzalandırılması mümkündürmü?

Hüquqşünas Əsabəli Mustafayev “Cümhuriyət” qəzetinə açıqlamasında Tolikin yol verdiyi təhqirə görə cinayət məsuliyyətinə cəlb olunmasının mümkün olduğunu deyib: 

“Bu məsələ Kütləvi İnformasiya Vasitələrində yayılıb. Təhqir olunan şəxsin hüquqi varisləri, yəni, övladları, həyat yoldaşları məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında iddia qaldırmalıdırlar. Təhqir edən şəxsin cəzalandırılmasını tələb etməlidirlər. Bu cinayət əməlidir, bununla bağlı məhkəmədə iddia qaldırmaq olar. Kənar şəxs subyekt deyil. Əbülfəz Elçibəy eks-prezidentdi və zamanında ona səs vermiş şəxslər də təşəbbüs irəli sürə bilərlər. Lakin inanmıram ki, bu səmərəli olsun. Çünki Azərbaycanda belə bir təcrübə yoxdur ki, hansısa şəxs hətta çox hörmət etdiyi birinin şəxsiyyətini məhkəmədə müdafiə etməyə cəhd göstərsin. Ona görə də bunun effektli olacağını demək çətindir. Amma övladlarının tam hüququ var ki, məhkəmədə iddia qaldırıb təhqir edən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına nail olsunlar”.

Vilayət Muxtar

Tarix: 13-09-2018, 16:31
Xəbəri paylaş





Xəbər lenti