Gündə 3 ədəd bu meyvədən yeməklə 4-cü dərəcəli xərçəngə qalib gəldi


Gündə 3 ədəd bu meyvədən yeməklə 4-cü dərəcəli xərçəngə qalib gəldi

Şişin 4-cü mərhələsində olan qadına yalnız kimyaterapiya kursları təyin olunub.
O isə yaxın dostlarının bu xəstəliklə necə mübarizə apardığını və kimyaterapiyadan sonra daha da zəiflədiklərini xatırlayıb bundan imtina edir. Həkimlər kimyaterapiya ilə 1 il yaşaya biləcəyini, amma kimya almazsa, 6 ay ömrü qaldığını bildirəndə, Mari bu 6 ayı öz ürəyi istədiyi kimi mübarizə aparmaq qərarına gəlir.

O, siqareti, içkini tam yığışdırır, təbiətə yaxın yaşayır, yoqa, idman, meditasiya ilə məşğul olmağa başlayır.

Ətdən və yağdan imtina edir, çünki orqanizm zülalın həzmi üçün çox enerji sərf edir, xəstəliyə qalib gəlməyə güc qalmayacaqdı. Yalnız vegeterian yeməkləri yeyir və ən əsası günə 3 ədəd ananası blenderdə keçirib, ona limon, kivi, banan, alma qataraq kokteyl içirdi.

Elə bir gün olmadı ki, Mari bu şirəni içməsin. Alman alimləri sübut etmişdi ki, ananasda olan bromelayn xərçənglə mübarizədə gözəl effekt verir, immun sistemini möhkəmləndirir.

1 ildən sonra xərçəng hüceyrələri tərəfindən buraxılan Tireoqlobulin zülalının səviyyəsi 13-dən 1-ə enib. 5 il sonra bu rəqəm 0,2-ə enib və hələ də normal səviyyədə qalır. (Medicina)
Tarix: 26-09-2018, 07:50
Xəbəri paylaş





Xəbər lenti