Yeni tikinti sakinləri narahat edir və təhlükə yaradır - VİDEO

                Bina inşa edilməsi üçün qazılan dərin özül su ilə doludur. Üstəlik yaxınlıqda qaldırıcı kran işləyir və sakinlər iddia edir ki, torpaq yuyulduğundan kranın aşma ehtimalı var.

Milli.Az bildirir ki, görüntülər paytaxtın Xətai rayonu Zığ yolu 5v ünvanında yerləşən binanın qarşısındandır. Sakinlərinə sözlərinə görə bir neçə binanın əhatəsində olan boş ərazidə yeni bina tikintisi başlayandan bəri onlar problemlə qarşılaşıblar.

Sakinlər bildirir ki, hazırda özülün içi su ilə dolduğundan yaxınlıqında olan qaraj və qaldırıcı kranın da altındakı torpaq qatı yuyulur.

Xətai rayon icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanovun verdiyi məlumta görə, ərazidə tikintinin aparılması üçün bütün rəsmi icazələr alınıb, yaranan problemlərdən xəbərdardılar və artıq suyun verişi təmin edilib, digər zəruri tədbirlər də icra edilir.


İcra hakimiyyətinin rəsmisi onu da bildirdi ki, ərazidə tikinti tezliklə davam etdiriləcək. /xezerxeber.az


Videonu izləmək üçün şəklə klikləyin:
Yeni tikinti sakinləri narahat edir - Tikintinin özülünə dolan su ərazidə təhlükə yaradır

Tarix: 28-09-2018, 22:12
Xəbəri paylaş





Xəbər lenti