Qarabağ qazisi ehtiyac üzündən maşınını satışa çıxardı – FOTO

 



Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, polkovnik Azay Kərimov şəxsi maşınını satışa çıxarıb.

Modern.az xəbər verir ki, bu haqda Azay Kərimov özü sosial şəbəkələrdə məlumat paylaşıb. Keçmiş döyüşçü buna ehtiyac üzündən məcbur olduğunu vurğulayıb.

“Təcili, çox təcili satılır. “QAZ 3110” maşını 2000-ci il buraxılışıdır, təzədir, qaraj maşınıdır. 49900 km yol gedib, motor 2.4, mexanikadır. Saz vəziyyətdədir. Özum zavoddan gətirmişəm. Maşın sökulub və yenidən əl ilə yığılıb. Hələ üstünə, qar, yağış yağmayıb, şaxta görməyib. Altı, salonu və qapılarının içərisi korroziyaya qarşı tam izolyasiya olunub. Bütün detalları zavodundur.

Özüm üçün saxlayırdım. Niyyət etmişdim ki, ahıl vaxtimda Şuşada, Laçinda sürüm, onun  ücün saxlayırdım! Xəstəm var. Buna görə təcili satıram! 050 (055) 346-09-01.Vasitəcilik edənə hörmət olunacaq!”,-deyə Azay Quliyev bildirib.

Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Orta məktəbi Malıbəylidə bitirən Azay Kərimov Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb. 1990-cı ilin yanvar ayına qədər SSRİ ordusunda zabit olub, Əfqanıstanda xidmət keçib…
Sonralar Qarabağ müharibəsinin odlu-alovlu döyüşlərində iştirak edib, kəşfiyyatçı kimi ən çətin tapşırıqların öhdəsindən gəlib. O, 1992-ci ilin fevralında Qarabağın Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərini erməni işğalçı qüvvələrinin hücumlarından müdafiə edən, kənd əhalisini kütləvi soyqırım təhlükəsindən xilas edən komandirlərdən biridir.


Tarix: 1-10-2018, 22:09
Xəbəri paylaş





Xəbər lenti