Lənkəranskinin dostu, mafiya kralı, bircə gün də içəridə olmayan müəmmalı - Kaxa

 Rusiyanın məşhur “lenta.ru” saytı gürcü “qanuni oğru” Kaxaber Parpaliya haqda məqalə dərc edib.
Teleqraf.com xəbər verir ki, Kaxa Qalskiy ləqəbli kriminal avtoritet hazırda Rusiyanın ən varlı və ən nüfuzlu “qanuni oğrusu”dur.
Sərvəti bir neçə yüz milyon dollar olan Kaxaber Parpaliya rus kriminal aləmində bütün avtoritetlərlə əlaqə qurub. Maraqlı fakt isə onun oğru adı qazansa da heç bir zaman həbsxanada yatmaması və məhkum edilməməsidir.
“Qanuni oğru” adını nə cür alması hazırda sual doğursa da, saytın araşdırmasına əsasən Parpaliya rus mafiyasının kralı hesab edilir.
Qeyd edək ki, gürcü kriminal avtoritetin əsrin əvvəllərində azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski ilə də münasibətləri olub.
Tarix: 7-10-2018, 08:55
Xəbəri paylaş





Xəbər lenti