"Nə qədər ki, vəzifədəyəm, Ukrayna NATO üzvü olmayacaq!"

Hurriyyet.az xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın NATO hərbi ittifaqına daxil olmasına imkan verməyəcəyini vəd edib. Bu barədə "Politiko" nəşri məlumat verib. 
Slovakiya Şimali Atlantika hərbi alyansının üzvü olduğu üçün ittifaqa yeni üzvlərin daxil olmasını əngəlləmək hüququna malikdir.
Fitso yerli televiziyanın efirindəki çıxışında deyib: "Slovakiya hökumətinin başçısı olduğum müddətdə, hakim "Smer" partiyasının sədri kimi nəzarətimdə olan deputatlara göstəriş verəcəyəm ki, heç vaxt Ukraynanın NATO-ya daxil olmasına razı olmasınlar".
Tarix: Bu gün, 11:05
Xəbəri paylaş





Xəbər lenti