“… İNSAN DƏLİ OLMAQ HƏDDİNƏ ÇATIR BƏZƏN”!!!


“YARASANIN İŞIĞI SEVMƏMƏSİ GÜNƏŞİN PARLAQLĞINI AZALTMAZ Kİ …” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Yarasanın işığı sevməməsi günəşin parıltısını azaltmaz ki …

Hələ uşaqlıqdan “zindan, ayrılıq, türmə yolları” hafizəmdə silinməyən sözlərdəndi… Atamın yana-yana sürgün həyatından danışdıqları, həbsxana divarları arasında anasının beş azyaşlı uşaqla yaşadığı məşəqqətlərə qulaq asdıqca, bizm də həəyacandan dolan baxışlarımız sanki yaşananlara deyil … qorxulu nağıllara qulaq asırdıq. İllər sonra haqq-ədalət yerini alsa da, atam dünyasını dəyişənə qədər o nisgilli illəri unuda bilmədi… bu təbii idi… uşaqlıq xatirələri yaddaşımızın silinməyən kodunda möhkəm oturan kitabdır… . …Eh… sən demə, onilliklər keçəcək yenidən formaca fərqli, məzmunca eyni “37 ” qayıdacaq… bu dəfə daha çətin… daha cıddi… indi də bizim nəsil şərlənərək, haqq-ədaləti deməkdən çəkinməyənlərın divanına, zülmünə şahidlik edəcək …
Və bu acı reallığın ən dəhşətli cəhəti xeyirlə şərin cəngində ən çox zülm çəkən körpə balalarımız – bizim yaşama səbəbimiz olan körpə fidanlarımızdı…

Fikrət bəy… bir bilsəniz sizin qapının zəngini çalmaq nə qədər çətindi??… Hər dəfə, hər dəfə özümü nə qədər toparlasam da, alınmır… “Müəllimə gəldi, müəllimə gəldi…” – deyib isti, şirın nəfəsiylə boynuma sarılan Atanazımla, Əlimin həmən həsrət dolu baxışlarını sakit seyr etmək, uşaq qəlbinin diliylə deyə bilmədikləri… ”bəs atamız niyə gəlmir… axı…?” sual dolu baxışları cavablandırmaq … bir qədər sonra ata həsrətini rəngli karandaşlarla ağ vərəqə köçürüb… sonra da mənə həvəslə göstərib…”baaax… müəllimə bu atadı… bu Əlidi… bura  parkdı. Bu da anadı….” deyib ata qoxusunu rəsmlərdə axtaran mələksimalı balalara sakit baxmaq insandan ürək istər..ürək…..bir səmimi, şirın baxışla rastlaşıb dolmuş bulud kimi həmən ağlamağa hazır olan, siz gedən gündən doğma evinin divarları arasında çabalayan, günləri deyil, saatları hesablayan, oyuncaq məhkəmələrin oyuncaq qərarlarına var gücüylə etiraz edib, hazırcavablığı, mərdanəliylə yaltaq məmurları divara dirəyən Təbriz gözəlim Faiqəmə təskinlik üçün beynimdə quraşdırdığım cümlələrimi unuduram… Zülmün ərşə dayandığı bu olmalı məncə də.

…Heç istəmədən sizi də üzdüm… Əslində demək istədiyim ən vacib məqama köklənmək istəyirəm… illərdir böyük amallar üçün doğulanların, haqq-ədalət bayrağını hər şeydən uca tutanların, dini-imanı yolunda şərəflə addımlayanların şərlənərək “vətən xaini, narkotik aludəçisi” adıyla şər maşınının təkərləri altında neçə-neçə, canı canımızdan, dini dinimizdən olan insanların qaranlıq zindanlara atılması, insanlıq adına ləkə olan aqibəti göz qabağında… Atasızlıq, övladsızlıq imtahanına məhkum edilmiş kədər rənginə boyanmış əzizlərimiz heç vaxt mənən zəngin ruhlarının ölməsinə imkan vermədilər və verməyəcəklər… Onlar zülmət içində parlayan bir yaşıl işıq… O işıgı heç vaxt nəinki söndürə … azca da olsa zəiflədə bilməz. 

… və bu işığı görmək üçün özün bir nur zərrəsi olmalısan… yarasaların bu işıqı görməməsi günəş qədər parlaq amallar uğrunda mücadilə edənlərin nurunu heç vaxt azaltmaz!! Buna əmin olsunlar!! Əmin olsunlar ki, Fikrətlərin, Talehlərin, Fuadların, Seymurların, Gözəl xanımların… Asiflərın… arxasında …Faıqələr, Leylalar, Zümrüdlər, Nigarlar, Zəfərlər… …zalımın zülmünə boyun əyməyən, əqidədaşlarımız… canlarımız var…

P.S.

…İnsan dəli olmaq həddinə çatır bəzən….

Tarix: 14-10-2018, 10:30
Xəbəri paylaş





Xəbər lenti