Ailələr Bakıda, övladlar xaricdə: Uzaq ölkələrdə yaşayan məşhur övladları: Nazirlərdən xalq artistlərinədək – SİYAHI

Ailələr Bakıda, övladlar xaricdə: Uzaq ölkələrdə yaşayan məşhur övladları: Nazirlərdən xalq artistlərinədək – SİYAHI


2017-ci ildə xarici ölkələrdə yaşamaq üçün Azərbaycandan daimi gedənlərin sayı 1901 nəfər olub. Onlardan 1664-ü MDB, 237-si isə digər xarici ölkələrə üz tutub. Amma bundan əvvəl də daimi yaşamaq ölkədən gedənlərin sayı az olmayıb və onların arasında məşhurların övladları da var. 

Cebhe.info tanınmışların hazırda xaricdə yaşayan övladlarını araşdırıb: 

Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Türkiyədə yaşayır. 

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov isə Londondadır. 

Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskvadadır və hətta bu yaxınlarda yüksək vəzifəyə təyinat alıb. 

Mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva Londonda yaşayır. 

Kəmaləddin Heydərovun oğlu Tale Heydərov hazırda İngiltərədədir. 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə yaşayır. 

Xalq yazıçısı Çingiz Abdullayevin qızı Nərgiz Abdullayeva da xaricdə yaşayanlar sırasındadır. 

Azərbaycanın tanınmış şairi Musa Yaqubun qızı Səhər Musaqızı isə hazırda Avstriyanın İnsbruk şəhərində yaşayır. 

Xalq artisti Flora Kərimovanın qızı Zümrüd 2006-ci ildə ailə həyatı quraraq İngiltərəyə köçüb. Daha sonra İngiltərə vətəndaşlığını alaraq, Siti London Universiitetinin Psixologiya fakültəsində oxuyub. Hazırda isə Londonda yaşayır.

Hicranə İsmayılova

Tarix: 20-10-2018, 09:55
Xəbəri paylaş





Xəbər lenti