Azərbaycanda gənc qız sevdiyi oğlanı rəfiqəsi ilə tutdu və…

 Azərbaycanda nişanlı qız çıxılmaz vəziyyətə düşüb.
Bu barədə “Space TV”də yayımlanan verilişlərin birinə zəng edən tamaşaçı danışıb. Proqramın formatına uyğun söhbət açan gənc xanım sevdiyi oğlanla rəfiqəsinin ona xəyanət etdiyini bildirib.
“Sevdiyim oğlanla 3 aydır nişanlıyam. Onu çoxdan tanımışam və güvənmişəm. Başqa güvəndiyim insan, rəfiqəmlə sevdiyim şəxsin münasibətdə olduğunu hiss etmişəm. Hər ikisinə güvənmişəm. Heç ağlıma gəlməyən bir şey başıma gəldi”, – gənc qız söyləyib.
Verilişdə telefonla bağlantısı yaradan xanım hər iki şəxsi itirməkdən qorxduğunu söyləyib. Qadın onları birgə tutsa da, bu barədə nə nişanlısına, nə də rəfiqəsinə bir söz deməyib:
“Evdəkilərə də bir söz deməmişəm. Çünki bilirəm desəm, evdə problem yaranacaq. Nə rəfiqəmdən keçə bilmirəm, nə də nişanımı qaytarmaq istəmirəm”.
Qeyd edək ki, sözügedən proqramın formatına görə, tamaşıçaların problemləri dinlənilir və buna uyğun məsləhətlər verilir.
Tarix: 23-10-2018, 16:45
Xəbəri paylaş





Xəbər lenti