Bayıl yamacında müəmmalı vəziyyət: Əhali köçürüləcəyi günü gözləyir


Əhali köçürüləcəyi günü gözləyir, rəsmi qurumlar isə qərar verməyə tələsmir...

Bayıl yamacında, sürüşmə zonasında yaşayan sakinlər hələ də gözləmə mövqeyindədir. Onlara nə köçürüləcəkləri gün, nə də ödəniləcək olan kompensasiyanın miqdarı ilə bağlı heç bir məlumat verilmir.

Məlumat üçün qeyd edək ki, ərazidə yaşayan 27 məcburi köçkün ailəsinə Səbayel Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, onlara Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ev verəcək. Bu isə ailələrin narazılığına səbəb olmuşdu. Məcburi köçkün ailələri bildirirdilər ki, araşdırma aparıb öyrəniblər ki, onlara veriləcək evlər müvəqqətidir və bu evləri kimsəyə satmaq mümkün deyil. Eyni zamanda, həmin evlər Bakının mərkəzindən xeyli uzaqdır.

Bütün bunlara etiraz olaraq məcburi köçkün ailələri Prezident Administrasiyasının qarşısına toplandılar. Orada problemləri dinlənilən məcburi köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə getmələri tövsiyə olundu. Məcburi köçkün ailələrini qəbul edən “Qaçqınkom” sədri Rövşən Rzayev bildirib ki, onların hüquqlarının tapdalanmasına imkan verməyəcək.

ÐаÑÑинки по запÑоÑÑ RövÅÉn Rzayev

Məcburi köçkün ailələri “Yeni Müsavat” bildiriblər ki, onlara yanvar və fevral ayları üçün kirayə pulu ödənilib ki, sürüşmə zonasından kənarda kirayə ev tutub, qalsınlar. Ailələrin sözlərinə görə, ərazinin Mənzil İstismar İdarəsindən onlara bildirilib ki, bundan sonra 3 aylıq kirayə pulu da ödəniləcək. Yəni məcburi köçkün ailələrinin köçürülməsi ən azı 3 ay yubanacaq. Köçkün olmayan ailələrə isə söylənilib ki, verilən kirayə pulu bu aydan etibarən dayandırılacaq.

Məcburi köçkünlər bildiriblər ki, müvafiq qurumlara şikayətlərindən sonra onlara “Qaçqınkom”un ev verməsi ilə bağlı ortaya atılan fikirlər dayanıb: “Bizi narahat edən rəsmi qurumların hərəsinin bir söz deməsidir”, - söyləyən məcburi köçkün ailələri yekun qərarı gözləyirlər.

ÐаÑÑинки по запÑоÑÑ SÉbayel Rayon Ä°cra HakimiyyÉtinin 2 saylı Ærazi nümayÉndÉliyinin rÉhbÉri Mübariz GülÉhmÉdov

Bütün bunların fonunda Səbayel Rayon İcra Hakimiyyətinin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov “Yeni Müsavat”a bildirib ki, son günlərdə Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı bir sıra elektron və yazılı KİV-lərdə müxtəlif yazılar verilir, sakinlərin, yerli qurumların, xüsusən də burada öz maraqları olan bəzi insanların mülahizələri, məsələnin həlli yolları barədə təklifləri verilir: “Bayıl yamacında ötən il fevral ayında baş vermiş məlum sürüşmə hadisəsindən sonra Dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib. İlk növbədə yarasız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib. Sürüşmə zonasında yerli və xarici mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılmış və hazırda bu işlər davam etdirilir. Bildirmək istəyirəm ki, bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin, demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb. Bu ərazidəki vəziyyət Dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır. NK-nin çıxaracağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Sürüşmə zonasında yaşayanlar üçün kompensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da çox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər. Bununla bağlı deyə bilərəm ki, məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək".

Sakinlər isə bildirirlər ki, ərazidə tikdikləri evlərin rəsmi sənədi olmasa da, onlar vaxtilə bu ərazidə ev tikmələri üçün icazə alıblar. Vurğulayıblar ki, ərazidə ev tikən zaman bütün müvafiq qurumların xəbəri olub. Eyni zamanda, onlar iddia edirlər ki, hazırda sürüşmə zonası kimi xarakterizə edilən ərazinin yaxınlığında hündürmərtəbəli binalar inşa olunur.  Onların sözlərinə görə, bu isə ərazidə sürüşmənin olmadığını deməyə əsas verir.

Onu da əlavə edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmənin baş verdiyi ərazidə uzun müddətdir ki, sabitlik müşahidə olunur. Sakinlər isə bildirirlər ki, son aylar ərzində evlərində hansısa çat müşahidə etməyiblər. Lakin bütün bunlara baxmayaraq sürüşmə zonasından köçürülən ailələri nə evlərinə qaytarırlar, nə də köçürülmələri üçün kompensasiya ödəyirlər...


Tarix: 11-03-2019, 08:42
Xəbəri paylaş





Xəbər lenti