Dövlət qurumu 1,7 milyona ofis icarələdi - DETALLAR

Dövlət qurumu 1,7 milyona ofis icarələdi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən “3 saylı Bakı DOST Mərkəzi” PHŞ üçün inzibati bina sahəsinin icarəsinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Faktor Qrup-S-1” MMC olub.

Qalib şirkətlə 1 792 800 manat məbləğində müqavilə imzalanıb.

Bağlanmış müqaviləyə əsasən 2 490 m(2) sahəsi olan inzibati bina icarəyə götürüləcək.
Tarix: Bu gün, 21:07
Xəbəri paylaş





Xəbər lenti