Şamil Basayevin anım günüdür


Şamil Basayevin anım günüdür

Bu gün Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri  Şamil Basayevin anım günüdür.

Cebhe.info xəbər verir ki, Şamil Basayev 1965-ci il yanvarın 14-də Çeçenistanın Vedeno kəndində anadan olub. Basayevin ailəsi 1944-cü ildə Stalinin sərəncamıyla Qazaxıstana və Sibirə sürgün edilən 800 min çeçen ailəsindən biri olub. 

Xruşşovun hakimiyyətə gəlişindən sonra 1957-ci ildə sürgündəki çeçenlər öz torpaqlarına qayıdırlar. Şamil 1982-ci ildə orta məktəbi bitirdikdən sonra iki il sovet ordusunda xidmət edir. Xidməti başa vurduqdan sonra Volqoqradda, Moskvada mühəndis kimi çalışır.

Şamil Basayev sonralar verdiyi açıqlamasında inqilabçı ruhunun formalaşmasında Çe Qevara amilinin (Çe Qevara məşhur inqilabçının ləqəbidir. Onun əsl adı isə Ernesto Linç olub) rol oynadığını qeyd edir. Moskvadakı otağında Çenin böyük portretini yapışdırdığını da sözlərinə əlavə edir.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Cövhər Dudayev Çeçenistanda prezident seçilir. Dudayev prezident seçilən kimi Çeçenistanın müstəqilliyini elan edir. Rusiya Çeçenistanın müstəqilliyini elan etməsindən dərhal sonra Çeçenistan sərhədinə qoşun yığır. Dünyaya Çeçenistan həqiqətlərini çatdırmaq üçün Basayev Rusiya hava yollarına məxsus təyyarəni Ankaraya qaçırdır. 1992-ci ildə Dudayevin tapşırığıyla Abxaziyaya gedən Basayev abxazların gürcülərə qarşı savaşına da ciddi dəstək verir.

1996-ci ilin 21 aprelində Cövhər Dudayev öldürüldükdən sonra dövlətin idarəsini ələ keçirən Şamil Basayev birinci Rus-Çeçen müharibəsində ruslara ciddi zərbələr vurur. Rusiyanın o vaxtkı Müdafiə naziri Qraçovun 1994-cü ildə verdiyi “İki saata Qroznını ələ keçirəcəyik” açıqlamasından sonra müharibə iki il davam edir. 

Rusiya üçün fiasko hesab edilən savaşın kuliminasiya nöqtəsi “Cövhərqala ” əməliyyat olur. “Cövhərqala” əməliyyatına Basayev rəhbərlik edir. Əməliyyat savaşın bitməsinə birbaşa təsir edir və 1996-cı il 31 avqustda “Xasavyurt” müqaviləsiylə Çeçenistanda sülh bərqərar olur. Rusiya qoşunlarını Çeçenistandan çıxarır.

Qeyd edək ki, Şamil Basayev 2006-ci ilin 10 iyul tarixində İnquşetiyada gedən avtomobil kortejindəki bombanın partlamasından sonra dünyasını dəyişir.

Tarix: 10-07-2019, 10:18
Xəbəri paylaş





Xəbər lenti