“Sea Breeze İnvest” ləğv olunur - SƏBƏB


“Sea Breeze İnvest” MMC “Nardaran İnvest” MMC-yə qoşularaq ləğv olunduğunu elan edib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətlər özü elan yayıb.
 
Qeyd edilib ki, qoşulma səbəbindən “Nardaran İnvest” MMC yenidən təşkil olunacaq.
 
Məlumatda bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolunun 300 metrliyi, 32X ünvanına bildirə bilərlər.
 
Xatırladaq ki, “Sea Breeze İnvest” MMC 2006-cı ildə, “Nardaran İnvest” MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkətin qanuni təmsilçisi Cəmilə Ağalarova Teymur qızıdır.
Tarix: Dünən, 21:40
Xəbəri paylaş





Xəbər lenti