"Ekran arxasında "gizlənən" klaviatura "canavar"ları öz çatışmazlıqlarını başqalarında axtarırlar"

"Ekran arxasında "gizlənən" klaviatura "canavar"ları öz çatışmazlıqlarını başqalarında axtarırlar"

Söyüş söymək, təhqir etmək, uyğunsuz təkliflər etmək, "düşüncə"lərini çirkablı sözlərlə ifadə etmək… Bu gün sosial şəbəkələrdə daha çox bu vəziyyətlərlə qarşılaşırıq. Ciddi məsələlə bağlı söhbətlər etmək, xəbər çatdırmaq mümkün deyil. Sanki qarmaşıq bir dünyaya düşmüsən, ağız deyəni qulaq eşitmir və sən də fikrini deməyə çalışırsan… Bir tərəfdən də kimliyi, cinsi, ruhi vəziyyəti naməlum şəxslər danışır…

Psixoloq Rafiq Allahveridiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, virtual görüşlər zamanı, canlı yayımlar, internetdə, ekranın arxasında ünsiyyət zamanı insanların qeyri-əxlaqi və vulqar sözlərdən istifadə etməsinin müxtəlif səbəbləri var.

“Ən başlıca səbəblərdən biri, əgər səbəbsiz yerə söymədisə, yəni onu başqa cür ədəbli sözlərlə də, tənqid etmək mümkündürsə, amma onun yerinə söyüşlər söyürlərsə, bu da yaşından və cinsindən asılı olmayaraq insanın özünün mənsub olduğu kişi, qadın, əmi ,dayı, oğul və s. mənsub olduğu bioloji və sosial öhdəlikləri dərk etməməsindən, məsuliyyətini daşıya bilməməsindən və fizioloji olaraq zəif olmasından irəli gəlir. Tutaq ki, kişidirsə, kişi kimi fizioloji olaraq zəif insandır. Fizionomotik olaraq, xaraktercə yox, kişilik funksiyası baxımından zəif insandır. Zəif yeniyetmədir, zəif bir gəncdir. Söyüşü söyən xanımdırsa, bu da onun xanımlıq (fizionomotik) keyfiyyətlərinin və bioloji keyfiyyətlərin daşıyıcısı kimi qüsurlu, zəif olmasından irəli gəlir.
Və yaxud bu davranış onun yeganə güc mənbəyidir. Deyək ki, çox ehtiraslıdır və çox həssasdır, amma digər keyfiyyətləri yoxdur. Təhsili, peşəsi, mədəniyyəti, əxlaqı və ya iradəsi yoxdur. Ona görə də bu şəxslərin özlərini ifadə etmə imkanları, məhz ekran qarşısında mümkün olur. Əgər həmin şəxs qarşısında söhbət etdiyi insanın üzünü görürsə, o zaman hesab edir ki, sadəcə üzünü görür və məkanı məlum deyil. Nə etsə də, cəzasız qalacaq. Yəni sən onu istəsən də, tapa bilməyəcəksən. Sanki o adam öz evində oturub sizinlə danışır.
Yəni o öz evində güc əmsalıdır, güclüdür. “Mən öz evimdəyəm və mənim gücüm nədir, əxlaqsızlığım? Və yaxud zəif yerim nədir?” kimi suallar verilməlidir”-deyə psixoloq bildirib.
“Cinsi sferada bu gün yeniyetmə və gənclərin, eləcə də hardasa 45-50 yaşdan geriyə götürsək, yeniyetmə və gənclərin deyək, bu cür insanlarda cinsi aktivliyin təmin edilmə imkanları normal ölçüsündən çox-çox zəifdir. Məhz, o insanlar söyüş söyür. Digər insanlar söyüş söyə bilməz. Siz bunu yoxlayın. Tanıdığınız-tanımadığınız və ya davranışı ehtimal etdiyiniz insanlarla söhbət edin. Görəcəksiniz ki, o insan söyüş söymür”-deyə psixoloq əlavə edib.
P.S. Rafiq Allahverdiyevin fikrini əas götürsək, bugün TikTok sosial şəbəkəsində olan bir çox kişi və qadınların cinsi aktivliyi normal ölçüsündə təmin edilmir. Əslində, bu da ağrılı bir problemdir. Görünən odur ki, əslində heç kimə lazım olmayan bu varlıqlar öz ehtiras və təlabatlarını söyüş söymək, insanları təhqir etmək, uyğunsuz təkliflər etmək yolu ilə sakitləşdirməyə çalışırlar. Və bir cəmiyyətdə bu qədər xəstə ruhlu qadın və kişin arasında yaşamağın özü, səbr və cəsarət tələb edir. Allah yar və yardımcımız olsun. Amin!
Tarix: Dünən, 21:50
Xəbəri paylaş





Xəbər lenti