"Ayıbdır, o boyda insanı ləkələməyə, özünüzə tay eləməyə çalışmayın..."

 




Kamal Abdullanı uzun illərdi tanıyıram, özünəməxsus xüsusiyyətləri olan bir insandır. O, ən yüksək vəzifələrdə də yazıçı kimi işləyib. Prezident Admisrasiyası kimi ciddi bir dövlət orqanında işə yazıçı kimi gedib-gələn insan olub, gözümlə görmüşəm. Neçə universitetin rektoru olubsa, işə həmişə rəhbər kimi yox, tələbə kimi gəlib-gedib. Bu xüsusiyyətlər onun bir insan kimi böyüklüyünü şərtləndirir. Kamal müəllim vüqarlı, əzəmətli insandır. Nümunəvi bir şəxsiyyətdir. Onun qələm adamlarına, xüsusən, gənc yazarlara göstərdiyi diqqət və qayğı demək olar ki, hamımızın gözü qarşısında baş verib. Kamal müəllim neçə-neçə insanların ümid yeridir. Şeir yazır, şairlərin yanındadır, nəsr yazır, nasirlərin yanındadır, dram yazır, dramaturqların yanındadır, rektor olur, tələbələrin, müəllimlərin yanındadır. 

Bu günlərdə kimlərsə Kamal müəllimi nüfuzdan salmaq üçün sosial şəbəkələrdə onun haqqında qərəzli satatuslar yazır və çox təəssüflər olsun ki, bu siyahıda hörmət etdiyim insanlardan biri - İqbal Ağazadə də var. Ölkədə minlərlə haqsızlıq baş verir, minlərlə insanın hüquqları pozulur. Necə oldu ki, konkret ünvan adı çəkməyib, həmişə ümumi çıxışlar edən İqbal Ağazadə gənc bir dekanəni bir universitet rektorundan, ziyalıdan, böyük bir yazıçıdan qorumaq qərarına gəldi? Allah bilir, İqbal bəyin gənc dekanə Vüsalə Ağabəylinin haqqında yazdığı müdafiə statsunun altında hansı məqsədlər var. İqbal bəy Kamal Abdullanı hədələyir ki, daha sənin oxucun olmayacam. Əvvəla, bu fikrin İqbal bəy kimi intellektli bir insanın dilindən səslənməsi böyük bir biabırçılıqdır. Necə olur ki, bir qız yazıçını sənin əlindən ala bilir? İkincisi, Kamal Abdullanı ölkədə və dünyada oxuyurlar... İqbal bəy deyir, Kamal Abdulla gənc bir dekanə ilə niyə ictimai dialoq təşkil etmir? Axı Kamal müəllim bu qıza nə qədər cavab verməlidir? Axı rektor bütün ittihamlara cavab verib. Neyləməlidir, Vüsalə xanımla güləşməlidir? Rektordur, universitet rəhbəridir, adam konkret olaraq deyir, mən sənlə işləmək istəmirəm. Bəs rektor nə üçündür? Biri var haqqını tələb etmək, biri də var həyasızlıq! Bu Vüsal xanım özün axırıncı yola qoyub. Gah Prezidentə, xanıma məktub yazır, gah da əks tərəfdən - müxalifətçilərdən (guya) dəstək umur. İqbal bəy nə vaxtdan həqiqət axtaran adam olub? Elə bircə faktı demək kifayətdir, İqbal Ağazadə mətbuatda Araz Əlizadə haqqında demişdi ki, axı o dairədə Araza səs verən olmamışdı, o, necə deputat seçilə bilər? Araz da demişdi ki, İqbal, sən necə deputat olmuşdunsa, mən də elə deputat oldum. Ayıbdır, o boyda insanı ləkələməyə, özünüzə tay eləməyə çalışmayın...
 
Kəramət Böyükçöl
Tarix: 13-07-2019, 22:32
Xəbəri paylaş





Xəbər lenti