"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm" - Heydər Əsədov


"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm"
Dünən ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə məlumat yayıb. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da deputat olmaq iddiasına düşdüyü bildirilib.

Heydər Əsədov isə Reyting.az-a açıqlamasında bu barədə xəbərsiz olduğunu deyib:

"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm. Bu barədə ilk dəfə sizdən eşidirəm. Axı, indi parlament seçkiləri keçirilmir ki, mən də bu seçkilərdə iştirak etmək barədə düşünüm. Axı, seçki yoxdur ki, mənim də fikrim ya ola, ya olmaya...”.

H. Əsədov bu məlumatın harada və kimlər tərəfindən yayılmasından da xəbərsiz olduğunu bildirib: “Ay qardaş, mən bunu səndən eşidirəm. Şayiələrdir, belə söhbətlərə inanmayın".
Tarix: 20-07-2019, 10:31
Xəbəri paylaş





Xəbər lenti