140 minlik evi əlindən alınan Müşfiq: “Başqa variant yoxdur”


140 minlik evi əlindən alınan Müşfiq: “Başqa variant yoxdur”

“Ali Məhkəmə iki ay sonra olacaq, hələ ki, evin boşaldılması ilə bağlı Apelyasiya Məhkəməsinin qətnaməsi çıxıb. Biz Ali Məhkəməyə də müraciət etdik, Ali Məhkəmənin qərarı da çıxandan sonra İnşallah vəziyyətin nə yerdə olduğunu biləcəyik”.

Bunu "Yeni Sabah"a evinin əlindən alınması problemi ilə üz-üzə qalan "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov deyib.

O, iki ay sonra Ali Məhkəmənin onun lehinə qərar çıxaracağına ümid etdiyini bildirib:

“Mənə elə gəlir ki, qazanacağıq, başqa variant yoxdur. Qazanmasaq, bu o deməkdir ki, hər bir insanın evi əlindən alına bilər. Əmlak Komitəsinin verdiyi çıxarışı 6 ildən sonra məhkəmə kiminsə şikayəti ilə, nəyəsə görə əsassız sayırsa, bilmirəm... Əgər Ali Məhkəmə də qərar versə ki, “Evi boşalt” onda artıq hamıya müraciət  edək ki, hamı evini boşaltsın və kirayədə qalsın”. 

Xatırladaq ki, iyulun 10-da Apelyasiya Məhkəməsinin qərarı ilə M.Abbasovun 140 minlik mənzili əlindən alınaraq iddiaçı şəxslərə verilib.

Əsmətxanım

Tarix: 31-07-2019, 13:06
Xəbəri paylaş





Xəbər lenti