“Axı mütrübləri nə qədər ekrana, mətbuata çıxarmaq olar?”

    Cümşüd Nuriyev: “Televiziyalar səhərləri həkim məsləhəti və yemək, axşamları isə şou verilişlərlə tamamlayır”   Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, ölkəmizin ünvanına az qala hər gün yeni bir böhtan səsləndirməsi Azərbaycan cəmiyyətinin uzun illərdir ki, narahat edən məsələlərdən biridir. Bəs media, xüsusilə də telekanallarımız ermənilərin təbliğatına qarşı uğurlu əks-təbliğat təşkil edə bilirmi? Media savaşında üstünlük kimin tərəfindədir?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Azərbaycan telekanallarının bu sahədəki fəaliyyətinin yarıtmaz olduğunu qeyd etdi:
“Hesab edirən ki, təbliğat yönündə Avropa məkanında xüsusilə ciddi fəaliyyətə ehtiyac var. Ermənilərin bir neçə kanalı Azəbaycana qarşı dünya və Avropa məkanında təbliğat işi aparır. “CBC” kanalımız rus dilində Ermənistanla bağlı materiallar verir. Bəs digər kanallar nə iş görür? Nə vaxta qədər bizim telekanallar səhərləri həkim məsləhəti və yemək verilişləri, axşamları isə şoularla başa vuracaq? Mütrübləri nə qədər ekrana, mətbuata çıxarmaq olar? Bəs bu torpağı kimlər müdafiə etməlidir? Ordu ilə bərabər media da bu məsələdə çalışmalıdır. Media isə başqa şeylərlə çalışır. Buna görə də Ermənistan bu məsələdə bizi üstələyir. Biz bir millət olaraq ordumuzun yanında olmalıyıq. Əks-təqdirdə uğur qazana bilməyəcyik”.
Tarix: 7-08-2019, 10:01
Xəbəri paylaş





Xəbər lenti