Hərbi xidmətdə olan oğlunun yanına gedən sürücü işdən çıxarılıb


Bakı şəhəri, Sabunçu qəsəbə sakini Cəbrayıl Nəbiyev “General Auto Company” şirkətinə məxsus 38 saylı marşrutda sürücü işlədiyini bildirir. Keçən ayın əvvəllərində hərbi xidmətdə olan övladına baş çəkmək üçün işdən icazə alsa da, qayıdanda onu işə buraxmayiblar. Ona işdən çıxarılması ilə bağlı hər hansı bir sənəd də verilməyib.
Cəbrayıl Nəbiyev özü nümunəvi sürücü olduğunu deyir. Bütün tədbirlərdə onun xidmətindən istifadə olunmasını bildirir.
“General Auto Kompany” şirkəti ilə əlaqə saxladıq. Şirkətin icraçı direktoru Vüsal Şükürov rayonda olduğunu bildirdi. Şəhərə qayıdan kimi məsələ ilə bağlı açıqlama verəcəyini desə də, üç gün keçməsinə baxmayaraq heç bir açıqlama verməyib.
Bakı Nəqliyyat Agentliyi isə edilən zənglərə cavab verməyib.

azadlıq.info


Tarix: 8-08-2019, 09:17
Xəbəri paylaş





Xəbər lenti