BDYP rəisi Bəhruz Bayramova növbəti dəfə uduzdu-FOTO

 BDYP rəisi Bəhruz Bayramovun günahsız olduğunu etiraf edib
“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı vəkil B.Bayramov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşıb.
Vəkilin yazdığına görə, ona maddi və mənəvi konpensasiya ödənilməlidir: “Nəhayət, mən qələbə çaldım və ədalət öz yerini tapdı. Mənim, ailəmin çəkdiyi iztirablar üçün üzr istəməli və təkzib verməlisiniz. “Real”, “Xəzər”, “İctimai” TV-lərində bu faktlar təkzib olmalıdır. Həmçinin onlar maddi və mənəvi cəhətdən konpensasiya ödəməlidir. Bütün mediya bu yazılanları gözdən keçirsin. Haqq-ədalət qazandı və siz etdiklərinizə görə cavab verəcəksiniz!”
Xatırladaq ki, ötən il Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoruT.Həsənəliyev vəkilin sərxoş olması iddiası ilə (İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1 maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətmək) barəsində protokol tərtib olunub.
Bu olay yol polisi tərəfindən ölkənin kütləvi informasiya vasitələrinə də çıxarılmışdı. Sonradan bəlli olub ki, Bəhruz Bayramov ayıq sürücü ilə mənzilinə gedib.
Həmin zaman ayıq sürücü xidməti çağırışın olmasına dair rəsmi sənədi də məhkəməyə təqdim edib. 
Tarix: 8-08-2019, 10:20
Xəbəri paylaş





Xəbər lenti