Nazim İbrahimov cinayəti bilib 18 il necə gizlətdi



General-leytenant Rövşən Əkbərov Azərbaycan ordusunun korpuslarından birinin komandiri idi, indi 2001-ci ildə Ukraynada işadamı Elçin Əliyevi qəsdən öldürməkdə ittiham olunur. Hadisədən 20 il sonra…
Rövşən Əkbərov qəsdən adam öldürmədə (C.M 120.2.2) və digər cinayətlərdə ittiham olunur. 120.2.2-də nəzərdə tutulmuş cəza 12-15 il arasıdır. 12 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlər xüsusilə ağır cinayətlər hesab olunur. (C.M – 15.5)
Cinayət Məcəlləsinə görə xüsusilə ağır cinayət barədə xəbər verməmə və cinayəti gizlətməyə görə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası var. (C.M – 307.3) Yalan ifadə verməyə görə də 2-6 il azadlıqdan məhrumetmə cəzası var (C.M- 297.2).
İndi məhkəmədə məlum olur ki, Nazim İbrahimov 2003-cü ildə ifadə verib ki, qətli Rövşən Əkbərov törətməyib. 2021-ci ildə isə ifadə verir ki, qətli Rövşən Əkbərov törədib. 18 il cinayəti gizlətməyini isə belə əsaslandırıb: “bu barədə məndən soruşan olmayıb”. Nazim İbrahimov həm cinayəti gizlədib, həm də 2003-cə yalan ifadə verib.
Nazim İbrahimov hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının üzvüdür, səfir olub, deputat olub, komitə sədri olub. Bir generalın bir işadamını öldürməsini bilib, yalan ifadə verib, 18 il deputat, komitə sədri, səfir kimi rahat yerində oturub, indi də ifadə verir ki, o öldürmüşdü, bilirdim. Amma o heç bir cinayət məsuliyyətinə cəlb edilmir. Adi bir vətəndaş isə qonşusuna bir yumruq vursa, qonşunun burnu qanasa, o dəqiqə cinayət işi açarlar.
İctimai fəal Bəxtiyar Hacıyev
Tarix: 3-09-2021, 08:04
Xəbəri paylaş





Xəbər lenti