İntim görüntüləri yayılan Ramiz Göyüşov kimdir? - DOSYE

İntim görüntüləri yayılan Ramiz Göyüşov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun intim videosu yayılıb.
 
Bəs Ramiz Göyüşov kimdir?
 
Ramiz Göyüşov haqqında məlumatı təqdim edirik:
 
Göyüşov Ramiz Cahandar oğlu 1 sentyabr 1954-cü ildə anadan olmuşdur.
 
1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.
 
Uzun illər icra strukturlarında məsul və rəhbər vəzifələrdə çalışmış, 1990-1991-ci illərdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, 1993-1996-cı illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə icra başçısının birinci müavini vəzifələrində çalışmışdır.
 
2005-2019-cu illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında şöbə müdiri vəzifəsində işləyib.
 
Dövlət qulluğu müşaviridir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
 
11 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının XIII konfransında sədr və 18 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının IX konfransında sədr seçilmişdir.(Metbuat.az)

Tarix: 8-09-2021, 22:26
Xəbəri paylaş





Xəbər lenti