"Azərbaycan məktəbləri repetitor kursları qarşısında məhv olub" - Ekspertdən həyəcan təbili


Tanınmış təhsil eksperti Kamran Əsədov Azərbaycan təhsili və məktəblərinin repetitor kursları qarşısında məhv olduğuna dair diqqətçəkən paylaşım edib. 

Missiya.Az K.Əsədovun facebook səhifəsində paylaşdığı statusu olduğu kimi təqdim edir. 

"Azərbaycan təhsili, Azərbaycan məktəbi repetitor və hazırlıq kursları qarşısında məhv olub, ölüb. Bu gün həlledici rol repetitor və hazırlıq kurslarına məxsusdur. Bu dəhşətli bir tendensiyadır.  Mütləq şəkildə qəbul imtahanları sadələşdirilməlidir.  Ən yaxşı halda, qəbul imtahanında yanlız 10 və 11 ci sinif dərsliklərindən istifadə olunmalıdır ki, şagirdlər az kitab oxuyub özləri fərdi qaydada hazırlaşsın.  Yazıq abituriyentlər 6, 7 fəndən hazırlığa gedir, pul ödəyir, vaxt itirir.  Bəs orta məktəb nə edir?  Ölkə kölgə təhsilindən xilas olmalıdır. Məktəb şagirdlər üçün hal-hazırda vaxt itkisindən başqa bir şey deyil."
Tarix: 10-09-2021, 14:06
Xəbəri paylaş





Xəbər lenti