"Ocaq Nicat Ağaya qarşı xoşagəlməz fikirlər səsləndirir" - Hacı Qalib


"20 yanvar 1990-cı ildə Rus impersiyası xalqımıza qarşı qətliamlar törədəndə hardaydı Rəsul Quliyev, Hafiz Hacıyev? Allahşükür Paşazadə qətlə yetirilən günahsız insanlarımızı dəfn edəndə, hadisələrin qarşılığında iztirab, əzab çəkəndə, bu dərdə dözməyib ağlayanda o Rəsulla, Hafiz hansı küncdə gizlənmişdilər?”.

Pravda.az xəbər verir ki, bu fikirləri Şeyxin qudası, keçmiş deputat Hacı Qalib Salahzadə Qaqaz Müsəlamanları İadarəsinin sədri Allahşükür Paşazadənin ünvanına söylənilən ittihamlara cavab olaraq bildirib.  

Qalib Salahzadə deyib ki, Hafiz, Rəsul kimi adamlar Azərbaycan xalqının düşmənləridir: “O Rəsul Azərbaycan hakimiyyətinin, bu dövləti quranların, Vətənin həmişə əleyhinə olub. Hafiz də o qədər səviyyəsiz adamdır ki, adı gələndə hamı üzünü yana çöndərir. O, ölkənin balıq istehsalını elə günə qoydu ki, hələ də dircələ bilmir. Hafiz Bilgəhə gəlib vətəgəsi olanların əlindən balıqları dəyərsiz qiymətə alıb, bazarlarda satdırırdı. Həmin pulu isə özü bildiyi kimi  xərcləyirdi. Rəsul da ölkəmiz barəsində həmişə təhqiramiz fikirlər səsləndirib. Onlar cinayətkar səviyyədə fırıldaqçıdırlar. Hafiz belində tapança gəzirdi, vətəgəsi olanları qorxuzub əllərindən ikralarını alırdı”.

Hacı Qalib Salahzadə iddia edir ki, Hafiz Hacıyevi Şeyxin əleyhinə qaldıranlar ölkədə qarşıdurma yaratmaq istəyirlər. Azərbaycanın qələbəsini, inkişafını gözü götürməyən qüvvələr ölkədə təxribatlar törətmək məqsədi güdürlər: “Adama deyərlər sən kimsən ki, Şeyxin ailəsini təhqir edirsən? Səni öyrədənləri yaxşı tanıyıram. Həmin adamlar mənim 25 milyon manatımı mənimsəmək istəyirlər. İndi də mənə məxsus torpaqalrı qeyri-qanuni əlimdən alırlar. Bütün bunlar təxribatdır, məqsədləri də odur ki, ölkədə təxribat yaratsınlar. Onlar nə qədər qanmaz adamlardır ki, Allahşükür Paşazadənin bütün Qafqazın Şeyxi olduğunu unudurlar. Onlara Qafqaz müsəlmanları elə cavab verər ki, dəymişləri qala-qala kalları töklülər. İranın, rusiyanın Azərbaycanda bir nömrəli agenti Hafiz Hacıyevdir. Müalicəyə də İrana gedir, canlı efirdə İranın keçmiş səfirinə zəng edir, deməli əlaqələri var, onun tapşırıqlarını icra edir. Elə ona görə də Ocaq Nicat Ağaya qarşı xoşagəlməz fikirlər səsləndirir. Ocaq Nicat Ağa həmişə çalışıb ki, Azərbaycanla İran arasında isti münasibət qurulsun. Hafiz Səudiyyə Ərəbistanına qarşı da böhtanlar danışır. Mən 30 il Ərəbistana gedib-gələn adam kimi deyirəm ki, onların azərbaycanlılara böyük hörmətləri var, Hafiz kimi adamlar ölkələr arasında nifaq salmaq məqsədi güdürlər".

Rupor.az
Tarix: 8-10-2021, 15:45
Xəbəri paylaş





Xəbər lenti