“Məktəblərdə nəzarət mexanizmi itib” - Ekspert


“Hazırda ölkənin 4 432 orta ümumitəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Mövcud qanunvericilik tələblərinə görə Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır və hər hansı dini təbliğatın həyata keçirilməsinə yol verilmir. Məktəblərdə dinin təbliği çox ciddi məsələdir. Təəssüf ki, artıq orta ümumitəhsil məktəblərimizdə nəzarət mexanizmi itib. Müvafiq qurumlar ancaq özlərinin qohum-əqrabalarını rəhbər vəzifələrə təyin edirlər. Həmin şəxslər isə təhsilə nəzarət edə bilmirlər. Bu, ciddi bir problemdir.”
 
Bunu Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
 
K.Əsədov qeyd edib ki, orta ümumitəhsil məktəblərinə dini cərəyanların yol açması böyük təhlükənin yaxınlaşmasından xəbər verir: “Bu gün uşaqların beynini bu tipli şeylərlə yuyanlar sabah daha təhlükəli addımlarla qarşımıza çıxacaqlar. Təhsili idarə edənlər fikirləşirlər ki, bu, şəkil çəkdirməkdən ibarətdir, amma belə deyil. Son iki ilə nəzər salanda görürük ki, məktəblərdə ciddi şəkildə təhlükəli hadisələr baş verir. Hazırda məktəblərdə vəziyyət ürəkaçan deyil. Hər gün məktəblərdə baş verən xoşagəlməz hadisələri izləyirik. Artıq ciddi şəkildə islahatların vaxtı gəlib çatıb. İnanıram ki, qohumu, dostu, tanışı vəzifəyə gətirmək dövrü artıq başa çatacaq, çünki onların təhsili bilməmələri səbəbindən kənar güclər məktəblərimizdə uşaqların beynini yuyurlar”.
Tarix: 29-06-2022, 22:23
Xəbəri paylaş





Xəbər lenti