Tahir Əmiraslanov kitablarını və arxivini yandırdı


Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov kitablarını və arxivini yandırıb.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə özü məlumat verib.
 
“Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşir, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki…” – o qeyd edib.
 
Tarix: 6-07-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti