Corc Bəxtiyar Hacıyevi təhqir etdi: - “İctimai fəal yox, ictimai VİRUSSAN!”


Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova dövlət tərəfindən ev verilməsi qalmaqalı böyüyür.

Siam.az yenisabah.az-a istinadla xəbər verir ki, bu dəfə Corc onu tənqid edən ictimai fəal Bəxtiyar Hacıyevi təhqir edib.

B. Hacıyev sosial şəbəkə hesabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarını sərt formada tənqid edib, həmin mənzilin şəhid ailələrinə verilməsini tələb edib.

Bu yazı ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub və çox sayda sosial şəbəkə istifadəçisi rəy bölümündə onun fikrini dəstəkləyib.

Corc Qafarov da posta rəy bildirərək od püskürüb, ictimai fəalı təhqir atəşinə tutub. O Bəxtiyar Hacıyevi “virus” adlandırıb:

“Boş-boş, bilib-bilmədən yazma da! Mənim durumum necədir, xəbərin var? Evim var? Harada qalıram? Necəyəm, xəbərin var? Yoxdursa, ictimai fəal deyil, ictimai VİRUSSAN!”
Tarix: 7-07-2022, 14:19
Xəbəri paylaş





Xəbər lenti