Salyanda DYP əməkdaşı vətəndaşdan rüşvət alıb? - RƏSMİ AÇIQLAMA


Salyanda Dövlət Yol Polisinin əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb, DYP-ə məxsus 99-YP-563 nömrəli avtomobildə əyləşən Yol Patrul Xidməti əməkdaşının vətəndaşdan rüşvət aldığı bildirilir.
 
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər Kütləvi İnformasiya Vasitələrində yayıldığı andan məsələ ilə bağlı araşdırma aparılır.
 
Aytəkin Qardaşova
 

Tarix: 8-07-2022, 15:12
Xəbəri paylaş





Xəbər lenti