Bərdənin gənc musiqiçisi təhsilini Asəf Zeynallı adına musiqi kollecində davam etdirəcək


Gənc yaşlarından , pandemiyanın  bütün dünyada tüğyan etdiyi, dərslərin onlayn keçirildiyi vaxtlarda çətinliklərə baxmayaraq bir an da skripkanı əlindən buraxmırdı. Elə hey çalışırdı.Bəzən yemək yemək, su içmək yadından çıxırdı. Bütün fikri-zikri onlayn yarışmalardaydı. Əvvəlcə ASTANA festivalında 1-ci yeri tutaraq liplom aldı.

Aytac bununla kifayətlənmədi.Daha inadla, yorulmadan, usanmadan çalışırdı. Bu yarışmalarda Aytaca ustadı, müəlliməsi Həmzəyeva Aymira Himalayevna kömək edirdi. Aymira müəllimə Aytacın parlaq  gələcəyinə inanırdı. 
Növbəti yarışma-müsabiqəyə Aytac bacısı Nərminlə birgə qatıldı.
Novruzova Aytac və bacısı Nərmin 14-16 yaş  nominasiyasında “Qran-Pri” mükafatına layiq görüldülər.

Ancaq gənc qızın uğur qazanmaq arzusu bitib tükənmək bilmirdi. Az sonra Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəqs Assosasiyasınin birgə təşkilatçılığı ilə 26-27 mart tarixlərində  Şəki şəhərində “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku - Şəki 2022” müsabiqəsinə qatılan musiqiçi bacılar yüksək nailiyyət göstərərək  1 yeri tutmuş ,diplomla təltif olunmuşlar. 

İndi Aytac Novruzova təhsilini Asəf Zeynallı adına musiqi kollecində davam etdirəcək.. 


Sonra isə...Sonrasına Aytac xanım özü qərar verəcək. Musiqi akademiyası, daha nələr, nələr.Yolun açıq olsun Aytac. Biz SİAM.AZ XƏBƏR PORTALI  OLARAQ DAİMA SƏNİNLƏ BİRGƏYİK.
UĞUR OLSUN BƏRDƏMİZİN ŞƏRƏFLİ QIZI !
 
Siam.az
Tarix: 8-07-2022, 22:37
Xəbəri paylaş





Xəbər lenti