“Deputat Ramil Həsən az qala dünyaya car çəkə ki, 5-10 nəfərə 2 kilo ət verib, ayıb deyilmi?!” - FOTO


“Ramil Həsən 91 saylı Ucar seçki dairəsini Milli Məclisdə təmsil edir. Bayramla əlaqədar aztəminatlı təbəqənin nümayəndələrinə qurban payları təqdim edib. Bu hissəsi çox yaxşıdır. Amma deputatın “Facebook” səhifəsinə daxil olduqda adam dəhşətə gəlir. Az qala bütün dünyaya car çəksin ki, 5-10 nəfərə 2 kilo ət vermişəm. Ayıb deyilmi?! O insanların şəkilin çəkəndə heç utandınızmı?! Yaxşılığı məgər siz reklama görə edirsiniz?!”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.
 
A.Həmidlinin sözlərinə görə, dində də buyurulur ki, sağ əlin verdiyini sol əl bilməməlidir: “Belə ucuz reklam yolverilməzdir! Utanma hissi yoxdurmu? Sosial şəbəkələrdə öz doğum gününü təbrik edən bir adamdan nə gözləmək olarki?!”
 
Səid
 Fotoları təqdim edirik




Tarix: 9-07-2022, 15:27
Xəbəri paylaş





Xəbər lenti