Qazilər Milli Məclisin qarşısında aksiya keçirdi - ETİRAZ





Bu gün bir qrup Qarabağ qazisi Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib.

Siam.az gununsesi.info-ya istinadla xəbər verir ki, onlar son günlərdə qazilərin intihar hallarının artması ilə bağlı toplaşıblar.
Daha sonra qazilər Parlamentə qəbul olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi 2 gün öncə dünyasını dəyişib. O intihar etməzdən öncəki son videosunda Sabirabad Rayon icra başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi.

Tarix: 13-07-2022, 14:01
Xəbəri paylaş





Xəbər lenti