Təhsil eksperti “Facebook”da söyüş söydü: Yazdığını təsdiqlədi-FOTO


Təhsil eksperti  “Facebook”da söyüş söydü: Yazdığını təsdiqlədi-FOTO



Sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədovun söyüşlü şərh yazması barədə paylaşımlar edilib.
Cebhe.info xəbər verir ki, sözügedən yazıda ekspertin kimisə təhqiredici ifadələrlə hədəf aldığı açıq- aydın görünür. 
İzləyicilər bu söyüşlü ifadələri təhsil ekspertinə yaraşdırmayıblar.  
Saytımıza danışan Kamran Əsədov şərhin ona aid olmasını təsdiqləyib: "Bununla bağlı mətbuatda deməmişəm, heç bir açıqlama vermək istəmirəm. Bəli, mən yazmışam". 
Təhsil eksperti sözügedən yazını şərhdə şəbəkə istifadəçilərindən birinə cavab olaraq yazdığını bildirib: "Belə deyək, insanları başa salmaqdan ötrü elə yazmışam". 

 


Tarix: 13-07-2022, 23:19
Xəbəri paylaş





Xəbər lenti