"Bu qadınların nəslində bir başı papaqlı kişi yoxdurmu bunlara sahib çıxsın?


Bu gün milli, mənəvi dəyərlərimizi məhv edən tik-tok sosial şəbəkəsindən bəhs etmək istəyirəm. Tik-tok sosial şəbəkəsi ölkəmizə ayaq açdıqdan sonra cavan nəsildən tutmuş yaşlı nəslə qədər demək olar ki, hər kəs bu şəbəkədən istifadə etməyə başladı. İstifadə edənlərin  70 faizi şəbəkəyə nəzarətin olmamasından istifadə edərək yaxşı bir işmiş kimi  səviyyəsiz,  əxlaqsız videolar çəkib paylaşmağı özlərinə hünər bildilər. Adlarını kişi qoyan gədələrin yüngül, bayağı hərəkətləri, qadın adına ləkə olan əzalarını çöldə qoyub təhqiramiz ifadələrlə danışan əxlaqsızların videoları  sözün əsl mənasında trendə çevrildi. Əsasən də canlı video görüntü açıb bir-birilərini təhqir edərək səviyyəsizliyi, əxlaqsızlğı təbliğ edənlərə daha çox bahalı hədiyyələr atılır. Bildiyimiz kimi bu hədiyyələr nəticədə pula çevrilir. Buradan başa düşmək olur ki, ölkəni uçuruma sürükləyən maraqlı qüvvələr var və bu işin inkişafına kifayət qədər vəsait xərcləyirlər. Hətta Tik-Tokda canlı açıb telefona baxa-baxa  avtomobil idarə edirlər bu da ağır qəzaların baş verməsinə səbəb olur. Mən başa düşə bilmirəm, bu qadınların nəslində bir başı papaqlı kişi yoxdurmu bunlara sahib çıxsın?  Deyək ki, yoxdur bəs aidiyyatı dövlət qurumları hara baxır? Niyə bu qədər səviyyəsizliyin, əxlaqsızlığın təbliğinə göz yumurlar? Bu gün bir çox dövlətlərdə tik- tok sosial şəbəkəsinə  girişə qadağa  qoyulduğu halda Azərbaycanda niyə qadağa qoyulmur? Bu şəbəkə bizlərə yaxşı nə verir axı? Bu mövzuda suallar çoxdur, suallara  cavablar da çoxdur təəssüflər olsun ki, tədbir görənlər yoxdur. Bütün bu baş verənlər bir Azərbaycan vətəndaşı kimi məni və mənim kimi çox insanı narahat edir. Azərbaycan Silahlı Qüvvələrinin  general-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Şuşa haqqında verdiyi müsahibə zamanı vurğuladı ki, "Biz tək Şuşanı geri qaytarmadıq, Şuşanın geri qaytarılması ilə yanaşı Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq" . Bəli, Azərbaycanın itirilmiş namusunun, qeyrətinin geri qaytarılması 3000 nəfərdən çox şəhidimizin canı bahasına oldu və bu gün şəhidlərimizin  canı bahasına qaytarılmış Azərbaycanın  namusu-qeyrəti tik-tok sosial şəbəkəsi vasitəsi ilə yenidən itirilir və günü-gündən itirilməyə davam edir. Əgər bu lazımsız şəbəkənin girişinə ölkəmizdə qadağa qoyulmasa milli-mənəvi dəyərlərimizi tamamən itirəcəyik. Milli-mənəvi dəyərlərin tamamən itirilməsi bir dövlətin məhv olması deməkdir.

Tural Qoca
Tarix: 16-07-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti