“Azerlotereya” millətin qanını içir, tənqid edirik deyə reklam təklif etdilər, 5 min manat dedim” – Əvəz Zeynallı


“Reklamın qaydası var. Bu yaxınlarda “Azerlotereya” bizə reklam vermək istədi. Razılaşmadım! İsrarla bizdən 2 dəqiqəlik reklamın dəqiqəsinin neçəyə veriləcəyini soruşurdular. “Azerlotereya”nı tənqid etmişəm, millətin qanını içir, ailələri müflis edir. Onun reklamını necə verə bilərəm?!".
 
Pravda.az-ın xəbərinə görə, bunu "Xural TV"nin rəhbəri Əvəz Zeynallı bildirib.
 
"Reklamın 1 dəqiqəsini 5 min manat dedim ki, bir də gəlməsinlər. Bir də gəldilər, vasitəçidən istifadə etdilər, zəng etdirdilər. Sual oluna bilər, bu qiymətə reklam versəydilər, nə edəcəkdin? Qəbul edəcəkdim, tənqidlər də öz yerində... Reklam versələr, onlara da efir vaxtı ayıraram. Pulları verə-verə cəmiyyəti bu günə salmısınız..." - Ə.Zeynallı qeyd edib.
Tarix: 18-07-2022, 08:15
Xəbəri paylaş





Xəbər lenti