Gəncədə YAP-ın SOROS-a gücü çatmır? - MÜRACİƏT


Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti
Mehriban xanım Əliyevaya
Surəti: Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini
cənab Tahir Budaqova
Çox hörmətli cənab Prezident, möhtərəm Mehriban xanım və hörmətli Tahir müəllim! Yazıb sizə bildirirəm ki, yaşımın bu ahıl çağında bir məsələyə təəcüb edirəm. Qəribədir bu gün ölkədə Ulu Öndər Heydər Əliyevə söyənlər, onun əleyhinə işləyənlər cənab Prezidentə, Mehriban xanıma YAP-a qarşı təbliğat aparanlar müxtəlif cildə girib səlahiyyətli vəzifə sahibləridir. Ona görə də həmin adamlar dövlətə və dövlətçiliyə,YAP-a sədaqətlə qulluq edənləri bilərəkdən, düşünülmüş formada incidir, onlara qarşı haqsızlıq edir və ölkə rəhbərliyindən narazı salırlar. Bu da təbiidir ki, həmin adamlar imkan vermirlər ki, Prezidentə göndərilən şikayətlər ölkə rəhbərliyinə çatdırılsın. Çünki, bu onlara xeyir eləmir. Məsələn, mən ölkənin Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevə, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya,YAP-ın veteranı kimi YAP-ın 30 illiyinə, ən başlıca YAP-ın yaradıcısı Ulu öndər Heydər Əliyevə möhtəşəm şeirlər yazmışam. Həmin şeirlər mətbuatda dərc olunub. Dövlətin və dövlətçiliyin yolunda, YAP-ın yolunda can qoymuşam. 28 ildir YAP-a xidmət edirəm. Amma nə olsun bu gün çöldəyəm. Əksinə YAP-a qarşə təbliğat aparan, canında,qanında vətənpərvərlik hissi olmayan, əsgəri xidmətə getməyən, ixtisasca kənd təsərrüfatı işçisi, bir başa SOROS-a işləyən, SOROS-un məktəbini keçən, ona xidmət edən Anar Qədiməliyev Gəncə Regional Təhsilinə rəhbərlik edir. Bu hal bütövlükdə ölkə təhsilinə, Gəncə təhsilinə, Gəncə ictimaiyyətinə söyüş və təhqirdir. Bunu Gəncə şəhər rəhbərliyi, YAP- rəhbərliyi, Gəncə təhlükəsizlik idarəsi bilir, amma susurlar. Anar Qədiməliyev isə bütün şəhərə yayıb ki, İlham müəllim hara istəyir, kimə istəyir yazsın xeyri yoxdur. Daha da o yazdıqca məni böyüdür. Onun yazdıqlarına heç məhəl qoyan yoxdur. Cırıb tullayırlar. Hətta bu yaxınlarda etdiyim bir pis işə görə Göy-Göl Rayon Prokrorluğunda mənə cinayət işi qaldırılıb, yenədə xeyri yoxdur. Çünki, Kamran Əliyevdə nazirdən qorxur. Nazir özü məni, ona tapşıracaq. Belədə deyir ki, SOROS-çuyam, nə olsun, bunu nazir də bilir, yazır ki, əsgəri xidmətə getməmişəm, yaxşı eləmişəm. Məsləhət belə olub getməmişəm. Yazır ki, kənd təsərrüfatı işçiyəm nə olsun ki, kimdir ona baxan. Yazır ki, məktəbdən, təhsildən idarəçilikdən xəbərim yoxdur heç belə vecimədə deyil. Əksinə öz bildiklərimi edirəm. Çünki, nazir dostumdur, arxamda da durur. Hamı da Emin Əmrullayevdən qorxur. Ona heç kim söz deyə bilmir. Emin Əmrullayev isə ölkədə heç kimdən qorxmur. Cənab Prezident o, bu sözləri mənimlə görüşdə özümə də dedi. Hətta sizdən də qorxmur. Bundan sonra mən nə edim. Bunların hərəkətləri, işlətdikləri əməllər sübut edir ki, deməli SOROS YAP-dan güclüdür. YAP-ın SOROS-a gücü çatmır. Bunların nöqteyi-nəzərincə belə çıxır ki, SOROS-a xidmət etmək YAP-a xidmət etməkdən daha əlverişlidir. Çünki, YAP bu gün mənim hüquqlarımın qorunmasına səsini qaldırmırsa, bir veteran YAP-çı kimi müdafiə etmirsə, Emin Əmrullayevə mənə qarşı, bir əməkdar müəllimə qarşı, bir Heydər Əliyevçiyə etdiyi ədalətsizliyə, haqsızlığa, özbaşınalığa, ən başlıcası 65 yaşla bağlı qərəzli formada işdən çıxartdığına söz deyə bilmirsə, mən bu YAP-a nə deyim? Hansı ki, hazırda ölkədə 70-75, 80-85 yaşlı 300-ə yaxın direktor, o cümlədən Gəncədə 5 nömrəli məktəbin direktoru Bəhram İmranov işləyir. Bu necə olur? Ayıb deyil? Kim pul verib tapşırılsa, işdə qalır, kim mənim kimi pul verməyib, tapşırılmırsa dərhal işdən çıxarılır. SOROS vəzifədə, YAP-çı, şair ictimai xadim isə çöldə qalıb. Məntiqlə məndə YAP-dan çıxım, SOROS-a keçim. Belə güman edirəm ki, o zaman məni işimə qaytararlar. Cənab Prezident bu dəfə yəqin ki, hörmətli Tahir müəllim sizi məsələ ilə agah edəcək, inanıram ki, son anda YAP mənə kömək edəcək.
Hörmətlə: Həsənov İlham Musa oğlu
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı,
“Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü,
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı
Əlaqə nömrəsi: 050-333-40-27
Tarix: 18-07-2022, 08:46
Xəbəri paylaş





Xəbər lenti