Məmurlar niyə rəqs edirlər? - Sosioloq açıqladı


“Bütün insanlar sevincli günlərdə rəqs edir, kədərli günlərdə ağlayır, qəzəblənəndə isə qışqırırlar. Bu normal insani emosiyalardır. Bu baxımdan da yüksək vəzifəli dövlət məmurlarının hansısa şənlikdə rəqs etmələrini pis tərəfə yozmaq gərəksizdir. İnsan kiminsə şad günündə iştirak etdikdə, müsbət aura ona da sirayət edir...”
 
Bunu Pravda.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
 
L.Mehralı qeyd edib ki, başqasının sevincinə şərik olmaq əsas insani keyfiyyətlərdən biridir: “İstər təhsil naziri Emin Əmrullayev, istərsə də Tərtərin icra başçısı Müstəqim Məmmədov sevinclərini digər insanlar kimi göstəriblər. Bunlar insani duyğulardır və duyğularla işi qarışdırmaq düzgün deyil. Özüm də bəzən Emin Əmrullayevin fəaliyyətini tənqid etmişəm. Bu isə təhsildə olan çatışmazlıqlarla bağlı idi. Amma onun iki kimsəsiz gəncin toyunda ürəklə rəqs etməsi və o gənclərə sevinc bəxş etməsi çox yaxşı addım idi. Bunu ancaq təqdir etmək olar”.
Tarix: 18-07-2022, 22:52
Xəbəri paylaş





Xəbər lenti