YPX-nin rəis müavini vətəndaşı şantaj etməsin deyə 1500 manatı necə aldı? - ŞOK MÜRACİƏT


Göyçay rayonu Ləkçıplaq kənd sakinləri Səmədov Elnur Nizaməddin oğlu və Səmədov Təbriz  Mübariz oğlu GundemXeber.Az xəbər portalına şikayət məktubu ünvanlayaraq bildirirlər ki, Göyçay Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin rəis müavini Emin Mamedov və inspektor baş leytenant Rəşad Cavadov vəzifə səlahiyyətindən sui-istifadə edərək bizə qarşı açıq-aşkar qanunsuzuqlar ediblər. Onların bu hərəkətləri cinayət əməli hesab olunur deyə qeyd ediblər. 

Daha sonra,

Elnur Səmədov bildirir ki, "24.06.2022-ci il tarixdə saat 15-53-də Göyçay-Bərgüşad yolu ilə özümə məxsus 90 BH 021 nömrəli Mersedes Benz markalı avtomobillə Ləkçilpaq kəndinə evimə gedən zaman Göyçay Rayon Polis Şöbəsinin Yol Paturul Xidmətinin baş inspektoru polis baş leytenentı Rəşad Cavadov məni saxladıb içkili olmağımı əsas gətirərək AR İXM-nin 329.1 və 333.1-ci maddəsinə əsasən barəmdə İXP 4715427 nömrəli İnzibati Xəta Haqqında Protokol tərtib etdilər. Mən spirtli içki qəbul etmədiyimi bildirib onlardan xahiş və tələb etdim ki, xəstəxanaya gedib orada müayinədən keçirilməyimə zərurət var. Çünki mən spirtli içki qəbul etməmişəm. Onlar özlərində olan primitiv alət vasitəsi ilə mənim nəfəsimi yoxladılar. Alkotest aparatından  çıxan qəbzin arxasında  həkim müayinəsindən keçməyə razıyam sözün mənə yazdırdılar. Buna baxmayaraq Göyçay RPŞ-nin YPX-nin baş inspektoru Rəşad Cavadov və Emin Mamedova istədikləri pulu vermədiyim üçün barəmdə qanunsuz protokol tərtib etdilər. Məni həmin günü saat 15-53 də saxlayıb 18:54 də protokol tərtib etdilər. Çünki bu 3 saat ərzində məndən pul tələb etdilər vermədim deyə belə bir özbaşınalığı etdilər.

Mən bu barədə artıq mərkəzi orqanlara şikayət ərizələri göndərmişəm."


Səmədov Təbriz  Mübariz oğlu  isə bildirir ki, " Göyçay Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin rəis müavini Emin Mamedov 26 aprel 2022-ci il tarixdə məndən 1500 manat pul almışdır. 26 aprel 2022-ci il tarixdə idarə etdiyim 99 DD 221 nömrəli Mersedes Benz markalı avtomobilim dayanmış vəziyyətdə olsada heç bir qanunu əsas olmadan Göyçay RPŞ-nin YPX-nin inspektoru polis baş leytenantı Rəşad Cavadov məni Göyçay RPŞ-nə aparıb avtomobilimi orada saxladılar. Narkotik vasitə qəbul etməyimi əsas gətirib məni müayinə olunmaq üçün Mingəçevir şəhər Xəstəxanasına apardılar, orada narkotest edən həkim olmadığı üçün oradan məni Ağdaş rayon Xəstəxanasına aparıb narkotest etdilər. Sidiyimdən analiz götürüldü. Ancaq barəmdə heç bir protokol tərtib edilmədi məndən hədə qorxu yolu ilə 1500 manat pul aldılar. Çünki mənə hədə-qorxu gəlindi ki, pul verməsən səni televizorda efirə verəcəyik deyib məni şantaj etdilər. Mən buna görə tanış və qohumlardan borc alıb 1500 manatı Göyçay RPŞ-nin YPX-nin rəis müavini polis zabiti Emin Mamedova verdim. Bunu təsdiq edən şahidlər və konkret subutlar var ki, şikayətim araşdırlıan zaman təqdim edəcəyəm.

    Qanunla məndən narkotik qəbuluna görə sidik analizi götürülmüşdüsə buna görə protokol tərtib edilib barəmdə cəza təyin edilməli idi. Ancaq 1500 manat məndən hədə-qorxu ilə pul alan polis zabitləri bunu etmədilər.

Mən bu cinayət əməli barədə mərkəzi orqanlara müraciətlər etmişəm."


GundemXeber.Az


Tarix: 20-07-2022, 16:32
Xəbəri paylaş





Xəbər lenti