Azərbaycanda 76 min yeni qazi var, bəs psixoloq?


Azərbaycanda 76 min yeni qazi var, bəs psixoloq?



Azərbaycanda müharibədən sonra bir neçə qazi intihara əl atıb. 
Sosial şəbəkələrdə intihar etmiş qazilərin sayı ilə bağlı müəyyən rəqəmlər də dolaşır. Bəzilərinin bu addımı atmasına səbəb sosial problemlər, lazımınca diqqət və qayğı göstərilməməsi bildirilsə də, psixoloqlar bunu həm də dünyada baş vermiş bütün müharibələrdən sonrakı psixoloji halla əlaqələndirirlər. 
Psixoloqlar deyirlər ki, postmüharibə dövründə müharibə iştirakçılarına psixoloji yardım göstərilməlidir. Müdafiə Nazirliyinin məlumatına görə, ölkədə bu vaxtadək II Qarabağ müharibəsində iştirak edən 76 min nəfərə “Müharibə veteranı” adı verilib. 
Yəni ölkədə hazırda ən azı 76 min psixoloji yardıma ehtiyacı olan müharibə iştirakçısı var. Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bu il iyun ayında keçirdiyi konfransda Vətən müharibəsindən sonra ötən ilin fevral ayının 28-nə kimi psixoloq və psixiatrların 2951 şəhid və qazi ailəsinə baş çəkdiyini bildirib. Yəni təkcə müharibə iştiarkçıları deyil, onların ailə üzvlərinə də keçirdikləri sarsıntıya görə psixoloji kömək olunmalıdır. 
Bəs ölkədə neçə psixoloq var? 
Cebhe.info xəbər verir ki, ölkədəki psixoloqların sayı ilə bağlı konkret rəqəm yoxdur. 
Amma son illər sosial şəbəkələrdə özünü psixoloq kimi təqdim edən insanların da, psixoloji xidmət göstərən mərkəzlərin də sayı çoxalıb. Baxmayaraq ki, Azərbaycanda Bakı Dövlət Universitetində Psixologiya sahəsi üzrə bakalavr və magistr pilləsi var. Məntiqli olaraq da həmin təhsili almış şəxslər psixoloq adlandırılırlar. Lakin müxtlif kurslara gedərək aldıqları serifikatlarla özünü psixoloq adlandıranların sayı günbəgün artdığından ölkədəki real mənzərini təsvir etmək mümkün deyil. 
Tarix: 24-07-2022, 11:11
Xəbəri paylaş





Xəbər lenti