Sabiq deputat: "Belə çıxır ki, Xocalıda da araq içmək, qol götürüb oynamaq olar, eləmi?"



"Məlum hadisəylə bağlı "Şəhidlər söyülüb" deyərək qurşaqdan aşağı zərbə vurmaq istəyən fürsətcillərin özləri ən şərəfsiz adamlardı. Mən buna inanmıram. Və bu məsələdə "Şəhid" adından istifadə edənləri də lənətləyirəm.
Sözümün canı başqadır. Sirr deyil ki, o məclisə qədər də, elə o məclisin özündə də, hətta indən belə də Şuşada içki içənlər olub və olacaq. Bəli, buna heç bir qadağa yoxdur. Bu gün bəziləri bir az da irəli gedib yazıb ki, bəs "niyə " Şəhidlər xiyabanı" olan Bakıda və ya Kəlbəcərdə içki içmək olar, amma Şuşada yox?" Bəli, bayaq qeyd etdiyim kimi heç bir rəsmi qadağa yoxdur. Amma bir vicdan və mənəviyyat məsələsi də var axı. Onda sizin məntiqinizdən belə çıxır ki, sabah Xocalıya da yollar açılsa, orada da araq içmək, hətta qol götürüb oynamaq da olar, eləmi? Yenə də sizin məntiqə əsaslansaq - "Nə olsun ki, orda qırğın olub? Bakıda da 20 Yanvar olub da, niyə Bakıda olar, Xocalıda olmaz?" Ona görə də bir daha qeyd edirəm ki, bu bir mənəviyyat məsələsidir".
 
Pravda.az xəbər verir ki, bunu sabiq deputat Etibar Hüseynov deyib.

E.Hüseynov qeyd edib ki, Məhərrəm ayında da toy eləmək qadağası yoxdur: "Amma insanlarımızın böyük əksəriyyəti İmam Hüseyn və Kərbala faciəsinə hörmət əlaməti olaraq həmin ayda toy və digər şadyanalıqlar etmir. Bu ənənə 1400 ildir davam edir. Şuşanın alınmasının isə 2 ili tamam olmayıb e, a kişilər. Nə məcburdur ki?! Mənim aləmimdə isə bu gün Şuşada ayaq üstə dayanıb, qədəh qaldırmağa bir kəslərin haqqı çatır, o da Şuşa uğrunda döyüşən igidlərimizin. Vəssalam. Digərləri üçünsə ən azından bir müddət, zaman kəsiyi gözləmək borcu var. Hardansa yadıma, bir müddət əvvəl bir kəlbəcərli deputatın bulaqda araq sərinlətməsi ilə bağlı mətbuat və sos-mediada "linç" edilməyi düşdü..".
Tarix: 24-07-2022, 18:08
Xəbəri paylaş





Xəbər lenti