Qalmaqallı deputat “Facebook”dan getdi



Millət vəkili Etibar Əliyev “Facebook” hesabını bağlayıb.

Siam.az “Yeni Sabah”a istinadla xəbər verir ki, sosial şəbəkədə kifayət qədər aktiv olan, xüsusilə elm və təhsillə bağlı paylaşımlar edən deputat sözügedən sosial platformadan uzaqlaşmaq qərarı verib. Deputatın hansı səbəbdən belə bir addım atmasının səbəbi məlum deyil.

Bildirək ki, sosial şəbəkələr və həmçinin mediada ən çox tənqid olunan deputatlardandır. Hələ ötən il o sosial şəbəkədə paylaşdığı elmi yazılara heç bir reaksiya verilməməsindən şikayətlənmiş, paylaşımlarına biganə yanaşanları dostluğunu tərk etməyə çağırmışdı. Görünür, deputat özü virtual aləmi tərk etməyin daha məqsədəuyğun olduğunu düşünüb.

Tarix: 25-07-2022, 16:36
Xəbəri paylaş





Xəbər lenti