Binəqədi yollarında hərəkət təhlükəsizliyinin “Hənifəyevsayağı” təmini




Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev iki il əvvəl bu vəzifəyə təyin olunub. Bu yaxınlarda övladı üçün təşkil etdiyi təmtəraqlı toy məclisindən, sürdüyü “Jeep” markalı maşının qiymətindən (200 min manat civarında) görünür ki, Cəmşid Hənifəyev daxili işlər orqanlarında daha əvvəl işlədiyi vəzifələrdə heç də quru maaşla kifayətlənməyib. Binəqədi rayonuna keçid alandan sonra haram pul qazanmaq üçün “səmərəli” metodlar tətbiq etməyə başlayıb.

Məsələn, Süleyman Sani Axundov küçəsində yolun üzərinə daşlar düzülərək piyada keçidinin parking yerinə çevrilməsinə şərait yaradıb. Maraqlı burasıdır ki, orada, “Versal Palace” restoranının qarşısında və başqa bir çox ünvanlarda şərait yaradılmış qanunsuz parkingə görə yaxınlıqda fəaliyyət göstərən mağaza sahiblərinə cərimə yazılmır, ancaq kənar şəxslər, təsadüf yolu düşüb orada saxlayan avtomobil sürücüləri həmən cərimələnirlər. Belə başa düşmək olur ki, dükan sahibləri DYP Şöbəsinin rüşvət planını, digər hərəkət (hərəkətsizlik) iştirakçıları isə cərimə planını doldurmağa xidmət edirlər.

Təzə rəisin fəaliyyətinin bir özəlliyi də müraciət edən vətəndaşlar üçün əlçatan olmaması, qəbuluna düşməık istəyənləri kabinetinə buraxmamasıdır.

Elə o səbəbdən yuxarıda qeyd etdiyimiz qanunsuzluq halı ilə bağlı sualllarımızı vermək üçün C.Hənifəyevin qəbuluna düşmək cəhdimiz alınmadı.


Özünü rəis müavini kimi təqdim edən bu şəxs (şəkli təqdim olunur) isə C.Hənifəyevin kabinetində olmamasını guya “Formula” yarışları ilə məşğul olması ilə əlaqələndirdi.

Biz Bakıda “Formula” avtomobil yarışlarının bir aydır bitdiyini xatırladanda həmin şəxs yalanının keçmədiyini görüb özündən çıxdı. “Siz reketsiniz, gedin, nə yazırsınız yazın” deyərək bizi Şöbənin həyətindən çıxardı və dəmir darvazanı arxamızca bağlatdırdı.
Məlumatlara görə, Cəmşid Hənifəyev qeyri - leqal olaraq geniş biznes şəbəkəsinə sahibdir. Hətta informasiya dolaşır ki, Hənifəyev Suraxanı RİH-nin başçısı Əziz Əzizovdan aldığı torpaq sahələrində qanunsuz tikililər apartdıraraq görülən işlərə özü nəzarət edir.
Qeyd edək ki, Cəmşid Hənifəyev DYP sistemində çoxdan çalışır, Bakı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, xüsusi müşayiət bölüyünün komandiri, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 25-02-2019-cu ildə sabiq nazir Ramil Usubovun əmrinə əsasən, Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb, 2020-ci ilin dekabrında nazir Vilayət Eyvazovun imzaladığı əmri ilə Binəqədi DYP-nin rəisi təyin edilib.

Nyus.Az



[[media=https://youtube.com/shorts/jxv73nXgyTs?feature=share]
Tarix: 1-08-2022, 18:11
Xəbəri paylaş





Xəbər lenti