“TikTok”da canlı yayım edən hərbçilər ordudan çıxarıldı - Fotolar


Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib.
Siam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib
Məlumata görə, Kiçik çavuş S. Fərəcov və əsgər Y. Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.
Bildirilib ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.


Tarix: 2-08-2022, 11:13
Xəbəri paylaş





Xəbər lenti