Məktəblərdə NARKOKURYERLİK... - BELƏ HARA GEDİRİK?


Xaçmaz rayonu, Çaykənarı kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması haqqında sosial şəbəkə hesabında paylaşım edib. Müəllimin yazısında çalışdığı məktəb rəhbərliyinə qarşı çox ciddi ittihamlar yer alır. Məsələn, o, qeyd edir ki, şəgirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu, məktəb rəhbərliyini heç narahat etməyib.

Bildiyimiz kimi məktəblərdəki bu hallara görə vətəndaşlar, müəllimlər, valideynlər Elm və Təhsil Nazirliyinə minlərlə müraciət edirlər. Amma baxan, araşdıran heç maraqlanan yoxdur. Bəs təhsildəki bu çökmə kimlərin marağındadır?

Təhsil ocaqlarının narkotik yuvasına çevrilməsini PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Məktəblərdə narkotik ticarətinə rəhbərlik edən şəxslərin olduğunu bildirən ekspert PİA.az-a açıqlamasında edib ki, onlar narkoticarətin daha daha böyük bazara sahib olmaları üçün çalışırlar. Çünki məktəblərdə narkotikə alışan yeniyetmələr narkotacirlərin daimi müştərilərinə çevrilirlər:

“Rəvanə müəllimənin Çaykənarı kəndindəki məktəblə bağlı bir neçə istiqamətdə şikayəti var idi. Elm və Təhsil Nazirliyi də bu barədə məlumatlıdır.

Ölkədə fəaliyyət göstərən 4447 ümumtəhsil müəssisəsi varsa, bunun təxminən 4000 ilə bağlı ciddi problem var. Bəzi məktəb direktorları heç də öz vəzivələrini yerinə yetirmirlər, belə demək mümkünsa, yerlərində deyillər. Bəziləri barəsində isə kifayət qədər şikayət var və bu şikayətlər bir qayda olaraq nazirliyə ünvanlnsa da, nazirlik rəsmiləri susqunluqlarını pozmurlar. Bu susqunluq isə çoxlu suallar doğurur.

Bəlkə də nazirlik bu susqunluqları ilə məktəblərdə nakotik yayılmasını etiraf etməkdən qaçınırlar. Amma bu susmaq vəziyyətdən çıxış yolu deyil. Susurlarsa da, heç olmasa məktəblərdə narkotiklərin yayılmasına qarşı qeyri-rəsmi olaraq mübarizə aparsınlar. Amma bu da müşahidə olunmur.

Bütün bunlara baxmayaraq fakt faktlığında qalır və təəsüf ki, bəzi məktəblərdə narkotikin yayılması halları var. Narkotikin məktəblərdə yayılmasında müəyyən maraqlı xüsusi qüvvələr var. Xüsusilə məktəblərdə narkotik ticarətinə rəhbərlik edən şəxslər var. Onlar narkoticarətin daha daha böyük bazara sahib olmaları üçün çalışırlar. Çünki məktəblərdə narkotikə alışan yeniyetmələr narkotacirlərin daimi müştərilərinə çevrilirlər. Məktəblərə yol tapan narkotacirlərin əsas hədəfi də budur.

Buna görə də hər bir valideyn bu məsələdə mütləq diqqətli və qətiyyətli olmalıdır. Çünki söhbət onların uşaqlarının taleyindən gedir. Əgər məktəblərdə məsul şəxslər uşaqlara nəzarət edə bilmirlərsə, o zaman valideynlər uşaqlarını tam nəzarətdə saxlamalıdır və bu bəlanın ictimailəşməsi üçün hər şeyi etməlidirlər. Məktəb direktorları hüquq-mühafizə orqanları ilə əlbir çalışmalıdır və məktəblərə yol tapan narkotacirlərin qarşısı bu yolla alınmalıdır.

Eyni zamanda təhsil ocaqlarının rəhbərləri bütün məktəb ərazilərində xüsusi kameralar vasitəsilə prosesə nəzarət həyata keçirilməlidir. Elə məktəblər var ki, orada yuxarı sinifdə narkotikdən istifadə həddindən artıq yayılıb. Bunun qarşısını almaq üçün də aidiyyəti qurumlar proseslə daha ciddi məşğul olmalıdırlar. Yaxın zamanda biz bu məsələni həll edə bilməsək, cəmiyyətimiz şox ağır problemlə üzləşəcək. Bunu hər kəs bilməlidir”.
Tarix: 11-08-2022, 13:37
Xəbəri paylaş





Xəbər lenti