Deputat: “Adımdan cəfəng sitat paylaşanlar unutmasınlar ki...”


Deputat Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara səslənib.
 
Pravda.az-ın xəbərinə görə, o deyib:
 
“Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!”
 
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram" sitatı paylaşılıb.
Tarix: 14-08-2022, 21:18
Xəbəri paylaş





Xəbər lenti