Mətbuatda inşaları ilə görünən SUSQUN DEPUTAT... - Ülvi Quliyevin başı cəncəldədir...


Adı yerli KİV-də müxtəlif qalmaqallarda hallandırılan, eyni zamanda şübhəli maliyyə maxinasiyaları ilə diqqət mərkəzinə gələn deputat Ülvi Quliyev üçün arzuolunmaz günlər hələ irəlidədir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, deputata aid şirkətlərin fəaliyyətinin təftişi üçün qərar verilib və bununla bağlı ilkin araşdırmalar artıq start götürüb.

Xatırladaq ki, deputat Ülvi Quliyevə məxsus olduğu deyilən və qohumu İlkin Quliyev tərəfindən idarə olunan “Dönüş 1” MMC tikinti firması Bakıda pilot layihələr adı ilə narazılıq yaratmaqdadır.

Evlərin köçürülməsi könüllülük əsasında olmur və bir çox hallarda sakinlər sıxışdırılır. Bu faktlar isə Prezident Adminitrasiyası tərəfindən artıq araşdırmaya götürüldüyündən işə hüquqi müdaxilənin olacağı ŞÜBHƏSİZDİR...

DİA.AZ xatırladır ki, artıq 4-cü çağırış deputat olan Ü. Quliyev daha çox oliqarx kimi tanınır, nəinki millət vəkili… Seçicilərin də deputatın onlarla maraqlanmadığını tez-tez eşitmək olar. Bir müddət əvvəl deputat oğlunun xaricdəki biznesi ilə gündəmə gəlmişdi. Müharibə vaxtı uğurlu formada gizlənən deputat oğlunun sədası uzaq ellərdən gəlməkdədir.

Ülvi Quliyevə gəlincə isə, o hələ də ayrı-ayrı saytlarda SAXTA VƏTƏNPƏRVƏRLİK notları üzərində köklınmiş ibtidai təxəyyülə söykənən inşalarını "raskrutka" etməkdədir... Əslində, bu da anlaşılandır. Çünki Milli Məclis kimi mötəbər bir tribunada redaktəsiz danışma qabiliyyəti olmayan Ülvi Quliyev üçün bu cür saxta balladalar ən münasib görüntü, VARLIĞI SÜBUT vasitəsidir...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
Məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 23-08-2022, 11:04
Xəbəri paylaş





Xəbər lenti