Nazir: "Direktorların qızların şalvar geyinməsinə qadağa qoymaları qanunaziddir"



Emin Əmrullayev: "Qiymətlərin şişirdilməsi halları varsa, bu, düzgün deyil”
"Hər bir uşaq məktəbə formada gəlməlidir. Onlar məktəbli forması ilə gəlməlidirlərsə, bunun da müəyyən standartı olmalıdır. Formanın satış qiymətini bazar müəyyənləşdirir. Bu, elm və təhsil mövzusu deyil. Amma qiymətlərin şişirdilməsi halları varsa, bu, düzgün deyil”.
AYNA xəbər verir ki, bu sözləri brifinqdə elm və təhsil naziri Emin Əmrullayev məktəbli formasından danışarkən deyib.
Nazir əlavə edib ki, bəzi direktorların məktəbli forması ilə bağlı təsdiqlənən qərara rəğmən, qızların şalvar geyinməsinə qadağa qoymaları qanunaziddir: “Bu məktəblərin adını bizə təqdim edə bilərlər”.
Tarix: 23-08-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti