Rayon rəhbəri və Milli Məclisin deputatı Vətən müharibəsi şəhidi Anar Hüseynovun ailəsini ziyarət ediblər


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı 
Sahib Alıyevlə birlikdə Vətən müharibəsi şəhidi Hüseynov Anar Rəhim oğlunun Bakı 
şəhəri, Ramana qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə birlikdə şəhidin xatirəsinə ucaldılmış 
xatirə bulağını ziyarət edib, önünə gül dəstələri düzüb, Şəhidlərin ruhuna dualar 
oxunublar.
Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları 
ilə maraqlanıblar. 
Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən 
müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, vətən torpağı uğrunda 
canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində 
əbədi olaraq qalacağını deyib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar 
döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 
torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid 
valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan 
azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon 
rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət 
başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı 
tapşırdığını bildirib.   
Qeyd edək ki, Anar Huseynov 1997-ci ilin yanvar ayının 9-da Tərtər şəhərində doğulub.
Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən 
Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi 
bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə 
istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Ağdərə döyüşləri zamanı 
şəhid olub. Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan 
və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə 
yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına 
əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, 
Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya öz təşəkkürlərini bildiriblər.


Tarix: 29-08-2022, 16:40
Xəbəri paylaş





Xəbər lenti