Məhkəməyə gətirilən icra başçısının görüntüləri - VİDEO

Məhkəməyə gətirilən icra başçısının görüntüləri
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev məhkəməyə gətirilib.

Məlumata görə, Adil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

İcra başçısı "Xural tv" internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayət işi üzrə şahid qismində iştirak edib.

A. Vəliyev ifadəsində Sabunçu rayonu ərazisində qanunsuz tikili aparılmasına icazə verdiyini etiraf edib.

Xatırladaq ki, Adil Vəliyev Sabunçu rayonu, Sabunçu qəsəbəsində Dövlət Neft Şirkətinə məxsus ərazidə vətəndaş Ruslan Vəliyevin qanunsuz sahibkarlıq subyekti olan market tikintisinə şərait yaradıb. Qanunsuz tikili sökülsə də, Əvəz Zeynallının xahişindən sonra Adil Vəliyev həmin obyektin tikilməsinə şərait yaradıb.
//News24.az//


Tarix: 15-09-2023, 18:54
Xəbəri paylaş





Xəbər lenti